İDMAN


Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçirilir

Bakı, 9 mart, AZƏRTAC

Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq “Bahar” festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışda 70-dən çox şahmatçı mübarizə aparır. Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə şahmatçıların nəticələri beynəlxalq və milli reytinq siyahılarının hazırlanması üçün müvafiq olaraq, FIDE-yə və Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər.

Yarış martın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.