İDMAN


“Vüqar Həşimovun dostları” komandası Ermənistan kollektivini məğlub edərək klublararası turnirin qalibi olub

Bakı, 14 sentyabr, AZƏRTAC 

Avqustun 30-da start götürmüş klublararası turnirdə “Vüqar Həşimovun dostları” komandası uğurla çıxış edib.

AZƏRTAC xəbər verir ki, heyətində Qədir Huseynov, Rauf Məmmədov, Vüqar Rəsulov, Zaur Məmmədov, Nicat Abasov, Misrəddin İsgəndərovun yer aldığı komandamız dörddəbir finalda Serbiya, yarımfinalda Amerika şahmatçılarını məğlub edib. Finalda Ermənistan komandasına qalib gələn “Vüqar Həşimovun dostları” yarışda birinci yeri tutub.

Turnir “Lichess.org” platforması vasitəsilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.