İDMAN


Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” super turnirinin vaxtı müəyyənləşib

Bakı, 19 fevral, AZƏRTAC

Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən ənənəvi “Shamkir Chess 2019” super turnirinin vaxtı və iştirakçıların siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, altıncı dəfə keçiriləcək Vüqar Həşimov memorialı martın 31-də Şəmkir şəhərində start götürəcək. Builki turnirdə qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişukun iştirak edəcəkləri dəqiqləşib.

Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.