MƏDƏNİYYƏT


Vüqar İsayev: Məqsədimiz ziyarətçiləri ölkəmizin adət-ənənələri ilə tanış etməkdir

Vüqar İsayev: Məqsədimiz ziyarətçiləri ölkəmizin adət-ənənələri ilə tanış etməkdir

Bakı, 18 mart, Emil Məlikov, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunda hər il Novruz şənliyi təşkil olunur. Novruz şənliyinin təşkilində əsas məqsəd qoruğumuza gələn ziyarətçiləri, əcnəbi qonaqları ölkəmizin adət-ənənələri, milli atributları ilə tanış etməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

"Hazırda Novruz şənliyimiz böyük coşqu ilə keçirilir. Kəndirbazların, kosa-keçəlin, Bahar qızının, Ozan babanın çıxışları şənliyə rəng qatır. Burada, eyni zamanda, Azərbaycanın milli mətbəx nümunələri və gənc rəssamların əl işləri təqdim olunur. Hər il olduğu kimi bu il də müxtəlif əl işlərindən ibarət satış yarmarkası təşkil edilib. Həmçinin xüsusi rəngarəng musiqili proqramla bayram əhvali-ruhiyyəsini daha da artırmış oluruq”, - deyə qoruğun direktoru qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.