CƏMİYYƏT


Vüqar Kərimov: Haqlı tələblərimiz təmin olunana qədər aksiyalar davam etdiriləcək VİDEO

Vüqar Kərimov: Haqlı tələblərimiz təmin olunana qədər aksiyalar davam etdiriləcək VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq məqsədilə Şuşaya yollanıb. Təəssüf ki, hələ də monitorinq üçün şərait yaradılmır. Nəticədə bu gün səhər saatlarından Azərbaycanın bir çox qeyri hökumət təşkilatlarının nümayəndələri və ekoloji aktivistlər orada piket keçirərək Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd yataqların qanunsuz istismarının dayandırılması, dəymiş ziyanının hesablanması, ətraf mühitə təsirlərin qiymətləndirilməsi ilə bağlı monitorinqlərin aparılmasına şəraitin yaradılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə bununla bağlı müzakirələr aparılsa da ötən günlər ərzində monitorinqin keçirilməsinə nail olunmayıb. Ən müxtəlif bəhanələrlə monitorinq aparılmasının qarşısı alınır. Biz bu məsələdə israrlıyıq və haqlı tələblərimiz təmin olunana qədər aksiyalar davam etdiriləcək”, - deyə nazir müavini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.