İDMAN


Vüqar Məmməd: Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik

Bakı, 13 fevral, AZƏRTAC

Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm. Oyun çox sürətli keçdi. İspaniya kimi güclü komandaya qarşı oynamaq bizim üçün çox böyük təcrübə oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniya yığması ilə yoxlama oyunu keçirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

Mütəxəssis bildirib ki, heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik.

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-19 millisi ilk yoxlama oyununda ispaniyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.