CƏMİYYƏT


Vüqar Qurbanov: Yaşı 18-dən aşağı olanlara “Pfizer” vaksininin vurulması elmi sübutlarla təsdiq edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi bir müddətdir ki, Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü vaksinasiyası prosesinə başlayıb. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər. Ümumiyyətlə yaşı 18-dən aşağı olanlara “Pfizer” vaksininin vurulması elmi sübutlarla təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

V.Qurbanov uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinin səbəbini açıqlayıb. Bildirib ki, Azərbaycanda koronavirus əleyhinə istifadə edilən peyvəndlərdən “Pfizer” vaksininin uşaqlar üzərində tətbiqi daha məqsədəuyğundur: “Ona görə də uşaqların peyvəndlənməsi üçün “Pfizer” vaksini seçilib”.

Xatırladaq ki, Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin COVID-19 əleyhinə peyvəndlənməsinə sentyabrın 7-dən, 12-15 yaşlıların vaksinasiyasına isə oktyabrın 5-dən etibarən başlanılıb. Uşaq və yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.