Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Vüqar Rəhimzadə: 1993-cü il iyunun 9-da Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu

Vüqar Rəhimzadə: 1993-cü il iyunun 9-da Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu

Bakı, 8 iyun, AZƏRTAC

İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, proseslərin düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ümumilikdə 1991-1993-cü ilin ortalarına qədər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xarakterizə olunur. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ölkəni “Olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın Ermənistanın getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına şərait yaradırdı. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı. Xalq əmin idi ki, Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Qeyd edilib ki, Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər Heydər Əliyev sadə vətəndaşlarla, hərbçilərlə görüşərək qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Ümummilli Lider görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında fikirlərini açıqladı. Məhz həmin gün Azərbaycanın çoxəsrlik tarixinə əlamətdar hadisə kimi yazıldı. Belə ki, sessiyada deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi hadisə ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. 1993-cü il iyunun 15-i Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı xüsusi vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin təhlil edilməsinə, gələcək nəsillərə çatdırılmasına çağırışlar edir. Azərbaycan gəncləri ölkəmizin müstəqillik yolunun heç də hamar olmadığını bilməli, bugünkü uğurlarımızın təməlində dayanan amillər barədə aydın təsəvvürə malik olmalıdırlar. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin isə “Heydər Əliyev İli” elan edilməsi dövlətimizin müstəqillik tarixinin vərəqlənməsində, gənc nəslə daha dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu, hər kəsin qəbul etdiyi reallıqdır ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyev bildirir ki, əslində, bizim müstəqillik tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Ona görə Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, müasir Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Vüqar Rəhimzadə bildirib ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Nizami ordu yaradıldı. Azərbaycanın davamlı uğurlarının fonunda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizlə bağlı arzuları reallığa çevrildi. Azərbaycan dünyaya günəş kimi doğdu. Ən çətin günləri arxada qoyan Azərbaycanın imzası imzalar arasında xüsusi seçildi.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir. Ulu Öndər Heydər Əliyev İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etdi. Eyni zamanda, bildirdi ki, axıra çatdıra bilmədiyi işləri İlham Əliyev axıra çatdıracaq. Təbii ki, Ümummilli Liderin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmiz tarixi Zəfərimizin reallıqlarını yaşayır və qalib dövlət kimi öz şərtlərini diktə edir, regionda və dünya siyasətində yeniliklərə yol açır. Azərbaycan şanlı Qələbəsi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 30 ilin işğalına 44 gündə son qoyulması Heydər Əliyev siyasətinin təntənəsidir. Qələbəmizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, uğurlarımızın miqyası genişdir. 1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Təhsil işçiləri üçün vətəndaş məmnunluğunun artırılması mövzusunda təlimlər keçirilir

Avropa Komissiyası Çin elektromobillərinə qarşı təhqiqata başlayıb

Azərbaycanın U-21 yığması oyunlarını “Azersun Arena”da keçirəcək

AZSTAND növbəti dəfə TürkAK tərəfindən akkreditasiya olunub

AVRO-2032 Türkiyə və İtaliyada keçirilə bilər

DYP mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Xoşbəxt Bağı oğlu Yusifzadə

® “Unibank” müəllimlər üçün kredit kampaniyası keçirir

ŞƏT-ə üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub

Dövlət Kukla Teatrının direktoru: Heç zaman məcburən bilet satdırmamışıq - MÜSAHİBƏ

Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək

Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin xatirəsi yad olunub

RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib

“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

XİN: Ermənistan XİN-in Azərbaycan tərəfindən erməni separatçıların həbsinə dair etiraz bəyanatını qətiyyətlə pisləyirik

Milli Kitabxanada Cəbrayıl Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Eldar Əzizov: Memarların intellektual əməyinə böyük tələbat var

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

Otuz il əvvəl itkin düşən Seyfulla Tairovun Edillidə aşkarlanan nəşinin qalıqları Saatlıda torpağa tapşırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub VİDEO

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimi BDU tələbələri ilə görüşüb

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir VİDEO

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub

“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub

Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

OPEC: 2045-ci ilədək bütün enerji növlərinə qlobal tələbat 25 faiz artacaq

IAF-ın icraçı direktoru: Azərbaycanın gələcəkdə də kosmonavtları olacaq – MÜSAHİBƏ

Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu gün Ümumdünya Heyvanlar Günüdür

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

“Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib

“Sabah”ın basketbolçusu: Olduqca vacib qələbə qazandıq

Daxili işlər naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Gürcüstanda zəlzələ olub

“Horizon Avropa” həftəsi çərçivəsində ikigünlük düşərgə təşkil edilib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

FHN: Ötən sutka 8 nəfər xilas edilib, bir nəfərin meyiti aşkarlanıb

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Dövlət Xidməti: Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

NİİM: Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

"Sabah" basketbol klubunun baş məşqçisi: Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu

DİM “Abituriyent” jurnalının xüsusi buraxılışını təqdim edib

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

“İnformasiya təhlükəsizliyi və məxfilik” - Milli təlim