Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il inkişafa, tərəqqiyə gedən yolun başlanğıcıdır

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il inkişafa, tərəqqiyə gedən yolun başlanğıcıdır

Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur, ən əsası, o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir. Müasir müstəqil Azərbaycan əbəs yerə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir.

Bu fikirləri AZƏRTAC-a YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın uğurlu inkişafına yol açan 3 oktyabr 1993-cü il prezident seçkilərində xalqın 98,84 faiz səsini qazanaraq Prezident seçilən ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xarakterizə olunur. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, ən əsası, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları ölkəmizi böyük faciələrlə üz-üzə qoymuşdu. Sabaha inamını itirən xalq üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Daim Vətəni, xalqı, dövləti üçün çalışan, Azərbaycanı müstəqil ölkə kimi görmək istəyini hələ Sovet İttifaqının mövcudluğu şəraitində - hakimiyyətinin birinci dövründə atdığı addımları ilə təsdiqləyən Ümummilli Lider 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bu gün müasir müstəqil Azərbaycanı yüksək mərtəbəli binaya bənzətsək, bu binanın mərtəbələrinin sayının daim artması möhkəm təmələ əsaslanır. Düşünülmüş və məqsədyönlü siyasətin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması Azərbaycanın dünyada ən islahatçı ölkə kimi tanınmasında stimulverici amil rolunu oynayır.

Baş redaktor bildirib ki, məhz Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin böyük etimadını qazanması xalqımızın onun dönməz siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik təcrübəsinə olan inamından, ən əsası Vətən, xalq sevgisinin böyüklüyündən irəli gəldi. Xalqımız tam əmin idi ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən, xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən yalnız və yalnız ulu öndər Heydər Əliyev xilas edə bilər. Dahi şəxsiyyət Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə gördüyü işlərə diqqət yetirsək, bu işlərin miqyasının nə qədər geniş olduğunu görərik. Ulu Öndərin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təsis edilməsini xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi bu vədini bir daha yada salıb: “Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi, inkişafı şərtləndirən amilləri açıqladı”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, sabitlik inkişafın əsası kimi qeyd olundu. Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq qeyri-mümkündür. Məhz onun uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, cəbhə xəttində atəşkəs sazişi imzalandı. Bu mühüm addım həm ölkədə sabitliyin dönməz xarakter alması, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılması üçün çox vacib idi. Sabitliyin təmin olunması fonunda ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, transmilli şirkətlərin tərəddüdlərinə son qoyuldu. Məhz bunun nəticəsidir ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Sonralar bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması deyilənlərin təsdiqidir. Bu kimi mühüm addımlar, eyni zamanda, Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir.

V.Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, əldə olunan nailiyyətlərin ana xətti ölkəmizi dünya birliyinin layiqli üzvünə çevirən uğurlarımız və gələcəyə hesablanmış inkişaf modelinin beynəlxalq aləmdə böyük dəstək qazanmasıdır. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diqqət yönəltdiyi əsas məsələlərdən biri məhz ordu quruculuğu oldu. Dahi rəhbər 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində bu məsələyə xüsusi diqqət yönəldərək demişdir: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Ümummilli Lider həmin nitqində bir daha bəyan etmişdir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

V.Rəhimzadə bildirib ki, 12 may 1994-cü ildə atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Rəsmi Bakı məhz həmin illərdə yaradılan möhkəm bazaya əsaslanaraq dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrimiz həmin döyüşlər zamanı düşmən təxribatının qarşısını qətiyyətlə aldı, dünyaya bu mesajı çatdırdı ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan əsgəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazırdır.

Ulu öndər Heydər Əliyev andiçmə mərasimində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub ki, onlardan biri milli dövlət quruculuğunu həyata keçirmək idi. Demokratiyanı strateji kursun əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində mühüm addımlar atdı. Bu gün tam əminliklə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir. Ölkəmizdə insan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin təkmilləşdirilməsi, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün möhkəm qanunvericilik bazası mövcuddur. Azərbaycan bu gün tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Bunun nəticəsidir ki, müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, uğurlu addımları ilə körpü roluna yeni əlavələr edən ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycan zəngin tarixi, mədəniyyəti, incəsənəti, dili ilə dünyanın diqqətindədir. Ölkəmizin bu il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də deyilənlərin təsdiqidir. Bu mühüm uğurların əsasında ölkəmizdəki sabitlik dayanır ki, onun da təminatçısı xalq-iqtidar birliyidir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamızda qeyd olunduğu kimi, Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Dövlətimizin siyasətində insan amilinə verilən dəyərin ən bariz nümunələrindən biri Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günə qədər 3 dəfə referendumun keçirilməsidir. İnsan hüquq və azadlıqlarının qorunması üçün yeni müdafiə mexanizmlərinin yaradılması, idarəçilik sistemində təkmilləşmə davamlı inkişafa yol açan əsas amillər sırasındadır. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə əsasən vitse-prezidentlik institutunun yaradılması, 2017-ci ilin fevralında cənab İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması bugünkü uğurlarımızda əhəmiyyətli rola malikdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərini bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirən Vüqar Rəhimzadə 1993-cü ildən başlanan inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni aparıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq. Ümummilli Liderin bu müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına nur saçan qətiyyətli fikirlərdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.

“Heydər Əliyev yolu müstəqil Azərbaycanımıza qarşıdakı illərdə daha böyük uğurlar gətirəcək” söyləyən V.Rəhimzadə qeyd edib ki, son 16 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması və onlara çatmaq üçün icra mexanizmlərinin müəyyənləşdirilməsi bu əminliyə əsas verir. “Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, bu sənəddə əksini tapan hədəflərin gerçəkləşməsi üçün 12 istiqamət üzrə Strateji Yol xəritələrinin hazırlanması və icrası Azərbaycanın bundan sonra da bütün sahələrdə davamlı uğurlara imza atacağını şərtləndirir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu uğurlarımız öz əksini tapıb. Dünya Bankının hesabatında ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirən Azərbaycan bu uğurları ilə inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini gördüyü işlərdə, atdığı addımlarda təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildəki andiçmə mərasimində səsləndirdiyi bu fikrə də diqqət yönəldib: “Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq”. Bu fikirlərə istinadən bu gün Azərbaycana dünyanın baxışının hansı səviyyədə olduğu göz önündədir. 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın bu uğuru dünyadakı mövqeyinə, nüfuzuna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Azərbaycana qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var. Əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir.

Baş redaktor Heydər Əliyev yolunun uğurlarına söykənərək bu əminliyi də ifadə edib ki, iqtisadi tərəqqiyə əsaslanan güclü, qüdrətli ordumuz, diplomatik mübarizədə qələbəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb