Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: ABŞ Prezidenti tarixin saxtalaşdırılmasına şərik olmaqla böyük səhvə yol verdi

Vüqar Rəhimzadə: ABŞ Prezidenti tarixin saxtalaşdırılmasına şərik olmaqla böyük səhvə yol verdi

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. Prezident Baydenin 1915-ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: Nədən erməni yalanını həqiqət kimi qəbul edib tarixdə heç vaxt baş verməmiş uydurma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ kimi dünyanın nüfuzlu dövləti çox da uzaq olmayan bir tarixdə, 30 il bundan əvvəl real həyatda baş vermiş dəhşətli faciəyə - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik çəkir? Amma qaniçən ermənilər və onların havadarları anlamalıdırlar ki, bu kimi əsassız cəhdlər əbəsdir. ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.

Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni əhalisi “soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artıq bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər. Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların havadarlarının uydurduqları “soyqırımı” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq göstərmək, müxtəlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Bu yalanın ifşa olunacağı günü gözləyən həqiqətlərin unudulduğunu və erməni vəhşiliklərinin ört-basdır edildiyini vurğulayan V.Rəhimzadə təəssüflə qeyd edib: “Dünya gücləri unudurlar ki, işğalçıya, təcavüzkara, faşizm siyasəti həyata keçirən dövlətin yalanlarına şərik olmaqla özlərinə qarşı inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlik edir, ümumiyyətlə, beynəlxalq aləmin hələ də hüquq problemini yaşadığını öz əməlləri ilə ortaya qoymuş olurlar. Tarixə nəzər salaq. Türkiyəni “soyqırımı” törətməkdə ittiham edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirmişdir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlarla dünyanın hansı siyasəti yeritdiyinə işıq saldıqdan sonra düşünmək olardı ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını “yerinə yetirən” ABŞ, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri baş verənlərdən nəticə çıxarıb nəhayət, həqiqətlərə ədalət gözü ilə baxmaq yolunu tutacaqlar. Təəssüf ki, bu gün biz reallıqda bunun tam əksini görürük. Bu güclər belə qərəzli bəyanatlarla çıxış edəndə, heç bir araşdırma aparmadan öz maraqları naminə işğalçı Ermənistana və bütün dünyada şəbəkələşmiş erməni lobbisinə və diasporuna dəstək missiyasını yerinə yetirəndə unutmasınlar ki, tarixin müxtəlif mərhələlərində ermənilərin iştirakı ilə Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, bu gün Ermənistan adlandırılan, əslində tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma yurd-yuvalarından zorla deportasiya edilməsi düşünülmüş daşnak siyasətinin nəticəsidir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak tör-töküntüləri tərəfindən Bakıda və bölgələrimizdə soydaşlarımızın kütləvi şəkildə soyqırımına məruz qalmasına hələ də dünya birliyi layiq olduğu qiyməti verməyıb. Bunun əksinə olaraq şişirdilmiş, əsası olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı etinasızlıq bu gün dünyada hökm sürən ikili standartların məntiqi nəticəsidir”.

Baş redaktor vurğulayıb ki, hər zaman bir-birinin yanında olan iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə “erməni soyqırımı”nın uydurma mif olduğunu bütün dünyaya, xüsusilə tarixi saxtalaşdırıb ermənilərin yanında olan dövlətlərə sübut edəcəklər. Buna heç kimin şübhəsi olmasın. Çünki hadisələrə ən böyük dəyəri zaman özü verir. Tarixi faktlara, həqiqətə əsaslanan təbliğatımızı, birgə səylərimizi davam etdirməklə inşallah, bu istəyimizə də nail olacağıq. Aprelin 24-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin, ziyalılarımızın, sadə vətəndaşların ABŞ Prezidentinin məlum tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən, hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir. Bəyanatlarda da bu reallıqlar önə çəkilir ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və məsələ bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir.

“Reallıq budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təşəbbüsünü irəli sürüb”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, lakin Ermənistan hakimiyyəti bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olmalı olduqları ilə bağlı gülünc bir bəyanatla çıxış edir. Elə bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğuna sübut edir. Fakt qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi saxtalaşdırırlar”, - deyə baş redaktor əlavə edib.

V.Rəhimzadənin sözlərinə görə, ermənilərin ölkələrində qondarma “erməni soyqırımı” abidəsini yaratmaları, tarixin saxtalaşdırılmasına şərik olub “soyqırımı”nı tanıyan ölkələrin dərsliklərində bu yalanın yer almasına nail olmaları da onların bu məsələdən siyasi məqsədlər üçün bəhrələndiklərini açıq-aşkar nümayiş etdirir. “Bu, bir həqiqətdir ki, dünya dövlətləri “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısının alınmasında bir vasitə kimi istifadə edirlər. Əslində, Türkiyə kimi güclü, demokratik dəyərlərə sadiq bir dövlətin Avropa Birliyində təmsil olunması qurumun özü üçün böyük şərəf olardı. Türkiyənin bu gücünü həzm etməyən dövlətlər məhz onun Avropa Birliyinə qəbulunun qarşısını almağın yolunu belə qondarma iddiaları müdafiə etməkdə görürlər. Qeyd etdiyimiz kimi, əgər məqsəd tarixi həqiqətləri ortaya çıxarmaqdırsa, yalanı deyil, reallıqları müdafiə etmək lazımdır. XX əsrdə məruz qaldığımız erməni millətçiləri tərəfindən azərbaycanlıların və türklərin kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar, Xocalı qətliamı tariximizin ən qanlı və faciəli səhifələrindəndir. Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. Bütün bunlar tarixdir. Ermənilərin yazdıqları saxta tarixdən fərqli olaraq həqiqətləri, faktların dili ilə danışan reallıqları özündə əks etdirən tarix. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Qondarma “erməni soyqırımı”nı dəstəkləyən ABŞ, Fransa kimi dünyaya ədalət, demokratiya dərsi keçməyə çalışan dövlətlər atdıqları addımların dövlətlərarası münasibətlərdə hansı gərginliklərə yol açdığının fərqində deyillərsə, artıq bu, ikili siyasətin dünya üçün sağalmaz xəstəliyə çevrildiyinin təsdiqidir. Şübhəsiz, belə məqsədli bəyanatlar hansısa təsir imkanına malik deyil. Bu günümüz üçün aydın olan, həqiqətlərə bir daha işıq salan reallıq budur ki, dünyada ədalət meyarının qorunması üçün vahid mexanizm yoxdur, bu prinsiplər zamana və məkana görə tətbiq edilməklə dəyərini itirir. İki dost, qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da, ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar”, - deyə o vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib