Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini gördülər

Vüqar Rəhimzadə: ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini gördülər

Bakı, 29 sentyabr, AZƏRTAC

Artıq bir ildir ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulmasını, ərazi bütövlüyümüzün bərpasını qürur hissi ilə qeyd edir, işğal dövrünün gerçəkliklərini unutmayaraq qarşıdakı dövr üçün müəyyənləşdirilən Milli Prioritetlərin reallaşdırılması istiqamətində addımlar atırıq. Eyni zamanda, dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan möhkəmlənən mövqeyi ilə regionda və dünyada yeni ab-hava formalaşdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində, xarici və yerli mətbuata müsahibələrində, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsas yer tutur.

Dövlət başçısı sentyabrın 27-də Türkiyənin nüfuzlu Anadolu Agentliyinə müsahibəsində bir daha ATƏT-in Minsk qrupunun vasitəçi kimi nə etməli olduğuna aydınlıq gətirərək bildirmişdir ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Halbuki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri, dünya miqyasında ən güclü ölkələri kimi, siyasi çəkilərindən və imkanlarından istifadə edərək Ermənistana qarşı sərt addımlar ata bilərdilər. Amma görünən bu oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər. Belə olan təqdirdə münaqişənin həllində onların vasitəçiliyinə nə ehtiyac var idi?

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın yeni ərazilərlə bağlı müharibə planı hazırladığını dəfələrlə bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də ənənələrinə uyğun olaraq gördüklərini görməzdən, eşitdiklərini isə eşitməzdən gələrək təcavüzkarın bu antibəşəri planlarını həyata keçirməsinə dəstək oldular. Son nəticədə 44 günlük İkinci Qarabağ müharibəsində azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini görməli oldular.

Münaqişənin həllindən sonra Minsk qrupundan əsas gözləntinin regionda sülhün bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsi olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb: “Lakin bu, müşahidə edilmir. Prezident İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, hazırkı dövrdə Minsk qrupunun fəaliyyətini görmürük. Qurumun fəaliyyəti ilə bağlı yeni məsələlər ortaya qoyulmalıdır. Təbii ki, öncə etimad mühitinin yaradılması əsasdır. Minsk qrupundan bu günə qədər postmünaqişə dövrü ilə bağlı təkliflər olmadığı halda onun fəaliyyətindən danışmaq yersizdir”.

V.Rəhimzadə onu da qeyd edib ki, bu günün əsas məsələsi Azərbaycan dövlətinin işğalçı Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır. “Qarşı tərəf hələ də tərəddüd edir, ATƏT-in Minsk qrupundan təklif gözləyir. Bu gözləntilər 30 illik işğal dövrünün reallıqlarının davamıdır. Bu baxımdan ki, ədaləti, beynəlxalq hüququ arxa plana keçirib məsələyə özlərinin korporativ maraqlarından yanaşan dünya gücləri artıq bir məqamı unutmasınlar ki, “Dağlıq Qarabağ” deyilən ərazi vahidi yoxdur, münaqişə həllini tapıb, bütün şərtləri diktə edən Azərbaycandır. Ermənistan və ona havadarlıq edən dövlətlər 10 noyabr 2020-ci il Bəyanatında yer alan bütün müddəaları yerinə yetirməlidirlər”, - deyə V.Rəhimzadə qeyd edib.

Dövlətimizin başçısı İlham Əliyevin sözügedən müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri kimi Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu dostluğun zirvəsində dayanan tarixi Şuşa Bəyannaməsi bütün məqamları özündə ehtiva edir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.

Azərbaycanın hazırda bərpa və quruculuq mərhələsini yaşadığını xüsusi qeyd edən V.Rəhimzadə müsahibədə jurnalistin dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri və bu səfərlərlə əlaqədar birinci xanım Mehriban Əliyevanın paylaşımları ilə bağlı sualından da bəhs edərək bildirib ki, ölkə Prezidentinin Zəfərimizlə bağlı sevincini bu səfərlər zamanı xalqımızla paylaşması, görüntülərin təqdim olunması hər birimizdə böyük qürur hissi yaradır. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu paylaşımlar Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamıza səfər zamanı başlandı, böyük maraq doğurdu, ən əsası uğurlu format kimi özünü təsdiqlədi. Torpaqlarımız düşmən tapdağından azad edildiyi ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfərlərinin hər biri tarixi hadisədir. Təkcə Şuşaya 5 dəfə səfər edilib. Hər səfər bu günümüz və gələcəyimiz üçün önəmli, ən əsası, dünyaya ünvanlanan mesajlarla, digər zəngin hadisələrlə yada qalıb. Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha bir addım yaxınlaşması deməkdir. Çünki hər səfər çərçivəsində yeni sosial obyektlərin təməli qoyulur, bərpadan sonra bəzilərinin açılışı olur. Xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanlanan çoxsaylı təşəkkür məktublarında torpaq həsrətinə, 30 ilin nisgilinə son qoyulmasından sevinc hisləri aydın şəkildə hiss olunur. Artıq bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, görkəmli mədəniyyət xadimlərinin nümayəndələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin sakinləri də tez-tez bu torpaqlarımızda olur, sanki möcüzələr dünyasına düşdüklərini bildirirlər. 30 ilin işğalına 44 gündə son qoyulması böyük qəhrəmanlıq, misilsiz şücaətdir. Prezident İlham Əliyev bu Zəfərin müəllifi, qalib ölkənin qalib Sərkərdəsidir. Dövlətimizin başçısının vurğuladığı kimi, soydaşlarımız nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Müzəffər Ali Baş Komandan o anları duyğulanaraq diqqətə çatdırsa da, bu gün o torpaqlarımızın sahibi kimi edilən səfərlərin, soydaşlarımızın tezliklə Böyük Qayıdışlarının sevincini bölüşməkdən qürur hissi keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar