SİYASƏT


Vüqar Rəhimzadə: Avropa Parlamentinin qərəzli “qətnamə”si Azərbaycana qarşı çirkin kampaniyanın tərkib hissəsidir

Bakı, 19 yanvar, AZƏRTAC

Avropa Parlamentinin qəbul etdiyi qərəzli “qətnamə” Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu kampaniyanın arxasında erməni lobbisi və antiAzərbaycan qüvvələr dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Mehman Hüseynov məsələsi sadəcə olaraq bəhanədir: "Hələ birinci Avropa Oyunları zamanı Azərbaycana qarşı nə qədər qərəzli və çirkin kampaniyaların aparılmasının şahidi olduq. Avropa Parlamentinin də məlum “qətnamə”si və orada Azərbaycanla bağlı səslənən qərəzli ittihamlar həmin kampaniyanın tərkib hissəsidir. Ümumi olaraq isə bu, Azərbaycanı gözü götürməyən, ölkəmizin inkişafını qısqanan, eyni zamanda, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların işidir. Bunları təşkilat adlandırmaq olmaz, hamısı qruplaşmalardır. Görəsən Ermənistanda baş verən cinayətlər, qanunsuzluqlar, parlament səviyyəsində törədilən terror hadisələri nə üçün Avropa Parlamentinin “diqqətindən kənarda qalır”? Ümumiyyətlə, son günlər Avropa ölkələrini, o cümlədən Fransanı mitinqlər bürüyüb və yüzlərlə aksiya iştirakçısına qarşı insan haqları ən kobud şəkildə pozulur. Amma həmin təşkilatlar öz qulaqları dibində olan hadisələri görmürlər, görməzdən gəlirlər”.

V.Rəhimzadə deyib ki, M.Hüseynov jurnalistika fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə həbs edilib: “Açıq-aşkar görünür ki, burada çirkin məqsəd var. Amma həmin qüvvələr heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər. Azərbaycan öz haqlı mövqeyi ilə irəliyə doğru gedir. Ölkəmizin inkişafı və öz mövqeyini davamlı şəkildə qoruması elə həmin dairələrə ən tutarlı cavabdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.