SİYASƏT


Vüqar Rəhimzadə: Azərbaycan-Xorvatiya strateji tərəfdaşlıq əlaqələri genişlənir, inkişaf edir

Bakı, 8 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan regionda və dünya miqyasında uğurlu xarici siyasət həyata keçirir. Xüsusilə Prezident İlham Əliyevin son günlər xarici ölkələrə səfərləri, Almaniya Kansleri Angela Merkelin ölkəmizə gəlişi, keçirilən görüşlərdə əldə olunan qarşılıqlı razılaşmalar, imzalanan sənədlər bu reallığı bir daha ortaya qoyur. Bu amil bir daha onu göstərir ki, Azərbaycan regionda, Avropada və ümumilikdə dünya miqyasında nüfuzlu dövlətə çevrilib, “böyük güclər” ölkəmizlə hesablaşır, milli maraqlarımıza hörmətlə yanaşırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət xalqımızın, dövlətimizin milli maraqlarına xidmət edir. Bir zamanlar Azərbaycan Avropa ölkələri ilə sıx münasibətlər qurmağa can atırdı. Artıq bu gün Avropa İttifaqı, həmçinin quruma üzv olan ölkələr Azərbaycan ilə əməkdaşlığa can atırlar. Bu maraq siyasi, iqtisadi, sosial, mədəni və s. sahələrdə özünü büruzə verir. Bu gün Avropa dövlətləri ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan dünyamiqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir və dəstək verirlər. Bununla yanaşı, Avropa ölkələri ilə Azərbaycan arasında digər sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, əldə olunan razılaşmalar ölkəmizin artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir. O deyib: “Bu gün Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr günbəgün genişlənir, inkişaf edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, səfər zamanı imzalanan sənədlər ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artmasına, investisiya layihələrinin daha geniş şəkildə icrasına təkan verəcək. Səfər çərçivəsində keçirilən görüşlərdə, həmçinin əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.