Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında olub. Amma reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 ilə yaxın dövrdə ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyasına diqqət yetirməklə Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrinin aydın mənzərəsini yarada bilərik. Qədim dövrlərdən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz qazanmaqdadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu. Bu layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən, Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, yeni-yeni layihələrin gündəmə gətirilərək onların siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə, dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da liderliyinin özünü qabarıq şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlər də bu günümüzün reallıqlarına söykənir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bu günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının perspektivləri ilə bağlı açıqlamasında bildirib.

“Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi kimi mühüm qlobal hadisələr enerji tariximizi daha da zənginləşdirdi” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkədir: “Azərbaycanda elektrik enerjisinin ixracı baxımından böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı daha da genişləndirir. Atılan hər bir addım, eyni zamanda, şirkətlərin məxsus olduğu ölkələr arasında əlaqələrin inkişafının təqdimatıdır. Qaradağ Günəş Elektrik Stansiyasının inşasını həyata keçirəcək “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bu ölkə ilə Azərbaycan arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Dövlətimizin başçısı İlham Əliyev təməlqoyma mərasimində ölkələrimizin bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa start vermələrindən məmnunluğunu bildirərək bu əminliyi ifadə etdi ki, yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouel Azərbaycanın bərpaolunan enerji planlarını enerji siyasətinin mühüm hissəsinə çevirmək istəyini alqışlayaraq ölkəmizin 2030-cu ilə qədər bu sahədə quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri qarşıya qoymasından məmnunluğunu ifadə etmişdir. Təbii ki, bu əməkdaşlıqda əhəmiyyətli rol oynayan amillərdən biri də ölkəmizin investisiya cəlbediciliyini qorumasından irəli gəlir. Azərbaycan investisiya cəlb etməklə yanaşı, eyni zamanda, investisiya yatıran ölkədir. Son 18 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın vəsait yatırılıb. Bu rəqəm təbii ki, Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gəlir.

Ötən hər ilin enerji sektorunda qazanılan uğurların zənginliyi ilə diqqət çəkdiyini vurğulayan YAP Xətai rayon təşkilatının sədri əlavə edib: “Baxmayaraq ki, cari ilin iki ayını arxada qoymuşuq artıq indidən inamla söyləyə bilərik ki, energetika sahəsində çox önəmli addımlar atılıb. Belə ki, ötən yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” ASC tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Ümumilikdə bərpaolunan enerji növlərinin inkişafı hazırda ölkəmiz üçün prioritet məsələdir. Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə maraqlıdırlar. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir”.

“Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın davamlı inkişafının əsasına çevrilib. “Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması uğurlarımızın davamlılığına stimuldur. Neft gəlirlərinin düzgün idarə olunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynayır. Hazırda paytaxt və bölgələrdə, artıq azadlığına qovuşmuş torpaqlarımızda mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Geniş miqyas alan bərpa və quruculuq işləri ölkəmizin öz maliyyə vəsaitləri hesabına aparılır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan təməlqoyma mərasimində Azərbaycanın hazırkı dayanıqlı iqtisadi inkişafını sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırdı. Təkcə bu ilin iki ayının göstəricilərinə diqqət yetirməklə qarşıdakı dövrün aydın mənzərəsini təqdim edə bilərik. Ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan ölkələr sırasındadır”, - deyə o qeyd edib.

YAP Xətai rayon təşkilatının sədri günümüzün uğurları sırasında yer alan bu mühüm məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hazırda dünya miqyasında yalnız investisiya yatırılan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır. Hazırkı dövrdə prioritet məsələ azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır. Sonrakı mərhələdə bu ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaradılacaq. Qarabağımız böyük investisiyalar məkanına çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb