Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Bu gün İrəvanda azərbaycanlıların mədəni irsinin yeganə sübutu olan Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir

Vüqar Rəhimzadə: Bu gün İrəvanda azərbaycanlıların mədəni irsinin yeganə sübutu olan Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir

Bakı, 7 iyul, AZƏRTAC

Tarix faktlara əsaslanır və əsla saxtakarlığı sevmir. Bu həqiqəti Azərbaycan dövləti ən yüksək tribunalardan Ermənistana və ona zaman-zaman havadarlıq edib azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirməsinə dəstək olan dövlətlərə çatdırsa da, qarşı tərəflər laqeyd yanaşmaları ilə diqqəti özlərinə çəkməyi yeganə çıxış yolu hesab edirlər. Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistana dost ölkənin cavabı hər kəsə məlumdur: Tarixçilərdən ibarət Türkiyə və Ermənistan komissiyası yaradılsın, bütün dünya arxivləri açılsın. Ermənistan rəsmiləri buna cavablarında “Bununla tarixçilər deyil, siyasətçilər məşğul olmalıdır” deməklə fakt qarşısında nə qədər aciz durumda olduqlarını təsdiqlədilər. Təəssüf doğuran hal budur ki, Ermənistanın bu yanlış yanaşmasına onun dəstəkçiləri də tərəfdar çıxdılar. Ermənistan və onun havadarları bu acizliklə, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməklə, tarixi və dini abidələrimizi yerlə-yeksan edib bu torpaqları erməniləşdirmə siyasəti aparmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünün 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldular. İnformasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Bu əsrdə danışan, zəfər çalan yalanlar deyil, faktlar, tarixi həqiqətlər olur.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Artıq həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, Ermənistan adlı uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının olmayan tarixinin süni surətdə şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, tarixi memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan başlayaraq ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 1988-ci ildə ermənilərin torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında da dünyanın ikili standartlara əsaslanan siyasəti, ermənilərin başına çəkilən sığallar əsas rol oynadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər onların başına çəkilən sığal nəticəsində bu qərar və qətnamələrə məhəl qoymadılar, “evin ərköyün uşağı” kimi istədikləri zaman danışıqlar prosesinə qatıldılar, istəmədikləri zaman da müxtəlif bəhanələrlə bundan yayındılar. Yəni, himayədarlarından aldıqları dəstəklər onlarda ruh yüksəkliyi yaradır, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Mənfur düşmənin yeni ərazilər uğrunda müharibə planları da bunun təsdiqi oldu. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi ermənilərin bu planlarının faş edilməsinə yardımçı olmaqla ədalətin, beynəlxalq hüququn bərpasına yol açdı, dünyaya Azərbaycan xalqı üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu, öz tariximizə, mili-mənəvi dəyərlərimizə, dünənimizə və bu günümüzə nə qədər bağlı xalq olduğumuzu nümayiş etdirdi.

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın elm və ictimai xadimlərinin iyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətə yönəldərək bildirib ki, sənəddə də qeyd olunduğu kimi, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Dünya ictimaiyyəti isə bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi-mədəniyyət nümunələri yoxdur? Çünki bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğuna, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır. Müraciətdə bir daha bu həqiqət qurumun diqqətinə çatdırılır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti xüsusi olaraq bu məqama yönəldib ki, müstəqilliyimizin yenidən bərpasından, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi həqiqətlərimiz işıq üzü görməyə, Azərbaycanın haqq səsi dünyaya yayılmağa başladı. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev tarixçilərimizin qarşısında tarixin saxtalaşdırılmasına yol verilməməsini əsas tələb kimi qoydu. Son 18 ildən artıq dövrdə bu siyasəti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin qorunmasına, indiki və gələcək nəsillərə çatdırılmasına, ən əsası beynəlxalq ictimaiyyətin qədim tariximizlə bağlı daha dolğun məlumatlar əldə etməsinə geniş imkanlar yaratmaq üçün biri-birindən mühüm addımlar atır. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi özündə bu kimi məqamları tam şəkildə ehtiva edir.

“Tarixi həqiqətlər ermənilərin əsl simasını ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərə və onlara havadarlıq edən dövlətlərə dərs olmalıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu hədəfimizi də yada salmaq istərdik: “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmələri ilə yanaşı, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərini dağıdaraq viran qoyduqlarını bir daha diqqətə çatdırıb: “Bunlar bizim mədəni sərvətimiz, milli kimliyimizin təqdimatlarıdır. Ermənilərin bu yolu seçmələri əvvəldə də qeyd etdiyim kimi, hər kəsə məlumdur. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan mənfur düşmən milli sərvətimiz olan tarixi və dini abidələri məhv etməklə onların Azərbaycana məxsusluğunu gizlətməyə çalışır. Araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməliyik”.

“Elm və ictimai xadimlərin UNESCO-nun Baş direktoruna ünvanladıqları müraciətdə yer alan bu həqiqət ümumilikdə dünyaya bir çağırışdır. O çağırış ki, Azərbaycan tarixi Zəfəri ilə Ermənistana döyüş meydanında və informasiya cəbhəsində “Dur!” deməyi bacardı, torpaqlarımızı işğalçılardan təmizlədi, ədaləti bərpa etdi. Bu gün dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlarına Ermənistana tarixi saxtalaşdırmasına “Dur!” deməyə çağırışlar edilir. Bu mühüm məqamı da yada salaq ki, 2022-ci ilin 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası Prezidentinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. UNESCO-nun bu missiyasını yerinə yetirəcəyinə ümid edirik”, - deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib