SİYASƏT


Vüqar Rəhimzadə: Bu gün status-kvo yoxdur, Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir

Bakı, 14 oktyabr, AZƏRTAC

Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan yaşayış məntəqəsi, onlarla kənd, strateji yüksəkliklər Ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik hərbi gücüdür. Eyni zamanda, Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə “dondurulmuş” qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur, Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi, Paşinyan artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb. “Bu günədək atılan addımlar və sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının “Biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik” fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi. Hazırkı reallıq ondan ibarətdir ki, artıq münaqişənin “hərbi yolla həlli yoxdur” fikri alt-üst olub, status-kvo dəyişib. Prezident İlham Əliyev mükəmməl siyasi gedişlərlə regionun geosiyasi mənzərəsini yenidən formalaşdırdı. Beləliklə də bundan sonrakı istənilən proseslər Azərbaycanın maraqlarını təmin etməlidir. Əgər Ermənistan bu günə qədər baş vermiş hərbi əməliyyatlar nəticəsində yaranmış mənzərədən nəticə çıxarmasa, işğalçı siyasətinə danışıqlar yolu ilə son verməsə, təcavüzkarın hərbi yolla cəzalandırılması davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.