Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Ermənistan birmənalı olaraq sülh müqaviləsini imzalamalıdır

Vüqar Rəhimzadə: Ermənistan birmənalı olaraq sülh müqaviləsini imzalamalıdır

Bakı, 30 sentyabr, AZƏRTAC

Postmünaqişə dövrünün əsas çağırışlarından biri Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin işğalçı Ermənistan tərəfindən qəbul olunaraq bölgədə daimi sülhün, təhlükəsizliyin bərqərar olması, yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi istiqamətində addımların atılmasıdır. Bu isə öz növbəsində dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan qətiyyətli addımlar atmağı, Ermənistana sülh təklifini qəbul etdirməyi bir tələb kimi qarşıya qoyur. Yenə də Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində ədalətin bərpası ilə tarixə qovuşan Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildən yaradılan, amma hələ də vasitəçilik missiyalarının nədən ibarət olduğunu dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində ciddi dönüş yaratmağa bir çağırış var. Reallıq budur ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki işğal dövründə, eyni zamanda, Vətən müharibəsi və postmünaqişə vaxtlarında da Ermənistana dəstəklərini açıq-aşkar büruzə verirlər. Ölkə Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşının davam etdiyi 44 gündə, eyni zamanda, hazırda xarici mətbuata müsahibələrində yüksək intellekt, diplomatik məharət nümayiş etdirərək reallıqları əsaslı şəkildə diqqətə çatdırır. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü dedi, həm də siyasi lider kimi informasiya cəbhəsində ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edərək haqq səsimizi bütün dünyaya çatdırdı və bu gün də bu siyasət uğurla davam etdirilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin beynəlxalq KİV-lərə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mətbu orqanlarına müsahibələri həqiqətlərin bir daha həmin ölkələrin auditoriyasına çatdırılmasına imkanlar yaradır, işğalçı dövlətə bu günədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salır. Müharibə dövründə də Fransa ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın “TF1” telekanalının bu ölkədə yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcədə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğun ola bilərdi? İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutan müzakirələrdə Qoşulmama Hərəkatının, eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Ən təəccüblüsü o idi ki, bu qətnamələrin həmin sənədə daxil edilməsini istəməyənlər adlarını vasitəçi qoyan ABŞ, Rusiya və Fransa idi. Lakin ciddi isrardan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bunu qəbul etməyə məcbur oldular.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France 24” televiziya kanalına müsahibəsində səsləndirdiyi bəyanatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərindən hazırkı gözləntilərimizlə bağlı fikirlərinə, dövlət başçısının jurnalistin “Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz” sualına cavabına yönəldib. Dövlətimizin başçısının fikirlərində bütün hallarda dünya güclərindən ədalətə, beynəlxalq hüquqa əsaslanmaları xüsusi yer alır. “Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı” söyləyən dövlətimizin başçısı Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından, onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərsiz olmadığımızı xüsusi qeyd edib. Bu məqam bir daha diqqətə çatdırılıb ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Çünki yenə Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verdi. Fransa bitərəf deyil, birtərəfli mövqeyi ilə açıq-aşkar erməni sevgisini nümayiş etdirdi. Azərbaycan bununla bağlı öz narahatlığını ifadə etmişdir.

Vüqar Rəhimzadə Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü önə çəkərək bildirib ki, dövlət başçısının müsahibəsində vurğuladığı kimi, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Ən əsası, Azərbaycan artıq səhifəni çevirir. “Artıq keçmişlə yaşamaq deyil, gələcəyə baxmaq bu günümüzün əsas çağırışıdır. Hazırda gündəmdə olan sülh təklifinin reallığa çevrilməsində Fransa ilə yanaşı, digər həmsədrlərin də səy göstərmələri tələb edilir. Düşünürük ki, dövlət başçısı İlham Əliyevin Fransanın öz telekanalı vasitəsilə fransız auditoriyasına çatdırdığı mesajlar növbəti mərhələlərdə müsbət nəticəsini verəcək. Burada əsas məsələ Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində dönüş yaratmaları, 30 illik işğal dövründə ədaləti arxa plana keçirib maraqları öndə saxlamalarına son qoymalarıdır”, - deyə o əlavə edib.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev diplomatik şəkildə, təmkinlə jurnalistin tarixi bilmədən, Ermənistana olan sevgisindən irəli gələn suallarını cavablandıraraq bir daha fransız auditoriyasına həqiqətləri çatdırdı: “Bəyanatlarda ərazi iddiası deyil, tarixi həqiqətlər öz əksini tapır. Dövlət başçısının müsahibədə ifadə etdiyi hər bir cümlə özündə bir tarixi, həqiqəti əks etdirir. 44 günlük İkinci Qarabağ savaşında tarixi Qələbəmiz sübut etdi ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Dünya gücləri münaqişənin həll olunmadığını, status məsələsini tez-tez gündəmə gətirsələr də bunun vəziyyəti gərginləşdirmək məqsədi güddüyü aydındır. Amma bütün cəhdlər, sərsəm bəyanatlar reallığı inkar etmək gücündə deyil. Reallıq isə ondan ibarətdir ki, münaqişə tarixə qovuşub. Ermənistan birmənalı olaraq sülh müqaviləsi barədə düşünməlidir. Əks təqdirdə onların bu əsassız iddialarına adekvat münasibət göstəriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür