Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Ermənistan faşizm ideologiyasını dövlət siyasətinə çevirib

Vüqar Rəhimzadə: Ermənistan faşizm ideologiyasını dövlət siyasətinə çevirib

Bakı, 12 may, AZƏRTAC

Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır. Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur. Hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımları ilə siyasətdən nə qədər uzaq olduğunu, tarixi faktları əcdadlarının xislətinə uyğun saxtalaşdırmaq yolunu tutduğunu, hətta İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin 75 illiyi ərəfəsində insanlığa qənim kəsilmiş nasizm ideologiyasının qızğın təbliğatçısı olduğunu, utanıb-qızarmadan faşistlərə xidmət edən erməni sələflərinin ünvanına mədhiyyələr yağdırdığını nümayiş etdirən “demokrat libasına bürünmüş” baş nazir Nikol Paşinyan yenə də növbəti olayla gündəmin mövzusuna çevrilib. Belə ki, bir çox insanların sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına qoşulan Ermənistanın baş naziri Nikol Paşinyan bu paylaşımı ilə nəinki dünya ictimaiyyətinin, hətta öz ermənilərinin də sərt reaksiyası ilə üzləşib. Həmin paylaşım araşdırmaların aparılmasına və belə bir faktın açıqlanmasına səbəb olub ki, Paşinyanın bu gün adını daşıdığı gorbagor babası 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

İşğalçı ölkənin indiki qaragüruhçu hakimiyyətinin tarixi həqiqətin üzə çıxmasından ciddi narahatlıq keçirdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması dünya və erməni ictimaiyyəti arasında müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz: “Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bax, bu da növbəti erməni riyakarlığı, növbəti erməni fitnə-fəsadı! Bu günə qədər tarixi torpaqlarımızı öz adlarına çıxıb, Dağlıq Qarabağın Ermənistana məxsusluğunu həyasızcasına dilə gətirib, hətta sonralar müstəqil dövlət kimi fəaliyyət göstərdiyini iddia edən işğalçı ölkənin hoqqabaz, diletant rəhbərindən nəhayət özü ilə bağlı əsl həqiqətin üzə çıxmasından sonra utanıb-qızarmasını, faşizm ideologiyasının qurbanlarının doğmalarından və yaxınlarından üzr istəməsini, hətta ən azı məcburiyyət qarşısında qalıb tarixi faktları təsdiq etməsini gözləmək sadəlövhlük olardı”.

V.Rəhimzadə qeyd edib ki, son illərdə işğalçı Ermənistanın mərkəzində və digər bölgələrində faşist canilərinin - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir: “O da məlumdur ki, Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə İrəvan şəhərinin mərkəzində nasist Njdenin heykəlinin açılış oldu. Halbuki bu üzdəniraq “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında çoxlu sayda faktlar xarici ölkələrin arxivlərində kifayət qədərdir.”

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət yönəldir: “Prezident İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də bildirdi ki, İkinci Dünya müharibəsində ermənilər faşistlərlə yaxından əməkdaşlıq edib, Ermənistan açıq-aşkar şəkildə faşizm təlimlərini yayır, faşizm cəlladlarını qəhrəmanlaşdırır. “Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir”, - söyləyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə bildirmişdir ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Njdenin təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb”.

Vüqar Rəhimzadə deyib ki, dövlətimizin başçısının bu bəyanatları işğalçı ölkədə ciddi narahatlığa səbəb olduğundan Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verib. Yenə də reallığın inkarı. Əvvəldə də qeyd etdiyimiz kimi, illər boyu tarixi saxtalaşdırmaq yolunu tutan bir dövlətin hər hansı bir məsələ ilə bağlı bəyanatının yalan və uydurma faktlar üzərində qurulması da adi haldır. Bəyanatda əksini tapan fikirlər faşizm üzərində Qələbəyə ləkə olmaqla yanaşı, həm də çox gülünc görünür. İddia olunur ki, guya Azərbaycan Qələbənin 75 illiyi münasibətilə antierməni siyasətini bu kontekstdə istifadə edir. Daim fakt qarşısında aciz qalan işğalçı dövlət bu gün də həmin acizliyini belə sərsəm bəyanatlar səsləndirməklə ört-basdır etməyə çalışır.

Baş redaktor diqqəti ölkə Prezidenti İlham Əliyevin ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı ermənilərə ünvanladığı tutarlı faktlara yönəldib: “Möhtərəm Prezidentimiz “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. Cənab İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə tutarlı cavab oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, eyni zamanda, digər beynəlxalq qurumların və dövlətlərin qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu əsaslı şəkildə qeyd olunur, eyni zamanda, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Amma beynəlxalq ictimaiyyətin obyektiv tələbinə məhəl qoymayan işğalçı Ermənistan qondarma “Dağlıq Qarabağ respublikasında” dünya birliyi tərəfindən qəbul olunmayan, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə zidd addım kimi dəyərləndirilən “seçkilər” keçirməklə özünə təsəlli verməyə çalışır ki, guya bu ərazi onlara məxsusdur. Artıq dünya həqiqətə həqiqət gözü ilə baxmağın zamanı olduğunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin münaqişənin həllində mövqeyi dəyişməzdir: Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bir daha dünyaya bəyan etmişdir. Möhtərəm Prezidentimiz bu məqamı da təəssüf hissi ilə qeyd etmişdir ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Cənab İlham Əliyev bu çağırışı etmişdir ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.”

V.Rəhimzadə vurğulayıb ki, bu gün arxiv sənədlərinin də Nikol Paşinyanın babasının faşistlərin tərəfindən döyüşdüyünü təsdiqlədiyi halda Ermənistan rəsmilərinin bu faktı inkar yolunu tutmaları dövlətimizin başçısı İlham Əliyevin Aşqabad Sammitində söylədiyi faktların qarşısında Nikol Paşinyanın bu canini müdafiə etməsini xatırlamağı zərurətə çevirir. O, Njdenin həbs düşərgəsində olmasını belə əsaslandırmışdı ki, Soljenitsin də həbs düşərgəsində olub. Bu iki şəxsin arasında müqayisə aparmağın özü heç bir məntiqə sığan addım deyil. Dövlətimizin başçısı həmin çıxışında Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməyin həyasızlığın yüksək dərəcəsi olduğunu bəyan etmişdir.

V.Rəhimzadə bu təhlillər əsasında belə bir qənaətə gəlir ki, işğalçı ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq, yenə də əvvəlki rejimin mahiyyəti dəyişməz olaraq qalıb: “Bu günümüzün əsas tələbi Ermənistana dünya ictimaiyyəti tərəfindən çox sərt şəkildə “dur” söylənilməsidir. Nə qədər ki, Ermənistan bu təzyiqlərdən uzaqdır, belə faktların aşkarlanması onlar üçün adi hal olmaqla yanaşı, nə qədər qəribə görünsə də, hətta qürurvericidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil