Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir

Vüqar Rəhimzadə: Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir

Bakı, 2 avqust, AZƏRTAC

Tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından ötən iki ilə yaxın dövr ərzində Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımların qarşılığında Ermənistanın qeyri-konstruktiv mövqeyi, prosesə laqeyd yanaşması diqqətdən kənarda qala bilməz. Ermənistan rəhbərliyinin artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu “diriltmək” istiqamətində mənasız, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq cəhdlərini müşahidə edirik. Bununla bağlı dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistana ciddi mesajdır. “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib”, - söyləyən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Minsk qrupunun həmsədrləri arasında, yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistanın tez-tez Minsk qrupu ilə bağlı fikirlərinin arxasında yenə də ölkəmizə qarşı ərazi iddiasını görürük. Ermənistan bir tərəfdən ölkəmizin irəli sürdüyü beş prinsipi qəbul edir, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin bərpasına çalışır. Özlüyündə yaranan “Minsk qrupu nə ilə məşğul olmalıdır” sualının cavabında isə dövlətimizin başçısı bildirir ki, Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, istər 2020-ci il 10 noyabr tarixli, istərsə də 2021-ci il 11 yanvar tarixli bəyanatlarda əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Belə ki, o, qeyd olunan sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirmir. Dövlətimizin başçısı İlham Əliyev Ermənistana və ona havadarlıq edən dövlətlərə bu fikirləri ilə ciddi mesaj ünvanlayır: “Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”.

YAP Xətai rayon təşkilatının sədri diqqəti 10 noyabr Bəyanatında yer alan bu müddəaya yönəldərək deyib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Sual olunur - erməni silahlı birləşmələri tam tərkibdə çıxarılıbmı? Son iki ilə yaxın dövrdə ən çox müzakirə olunan məsələlərdən biri məhz budur. Qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayıb. Niyə? Bu sualı Ermənistan rəhbərliyi və ona havadarlıq edən dövlətlər cavablandırmalıdırlar. Ermənistan açıq-aşkar 10 noyabr Bəyanatının müddəalarını kobud şəkildə pozsa da, bəzi dünya gücləri seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Regionda dayanıqlı sülhün təmin edilməsində, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olan Avropa İttifaqı isə bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üç dəfə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş nazirinin görüşü keçirilib. Brüssel sülh gündəliyinin əsası qoyulub ki, bunun da müəllifi Azərbaycandır. Ölkəmiz hər zaman sülhün tərəfdarı olub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya cəbhəsində üstünlüyünün dünyaya təqdimatı oldu. Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək imkanında olsa da 30 ilə yaxın dövrdə sülh danışıqlarına üstünlük verdi, Ermənistanın nə zamansa torpaqlarımızı sülh yolu ilə geri qaytaracağına inamını itirmədi. Çünki dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistan işğalçı qüvvələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Amma 30 ilə yaxın dövrün təcrübəsi göstərdi ki, ədalət və beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilir”.

Vüqar Rəhimzadənin sözlərinə görə, reallıq budur ki, sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb, qrupda təmsil olunan üzvlər müəyyən edilib. Ermənistan tərəfdən isə hələ belə bir addım atılmayıb. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəngində də bu məqama xüsusi diqqət yönəldildi ki, Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirilir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

“10 noyabr Bəyanatının imzalanmasından 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan tərəfi sənəddə əks olunan bəzi müddəaların yerinə yetirilməsini yubadır”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə qaldırsa da, Ermənistan bu prosesi yubadır. Dövlətimizin başçısı bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə də diqqəti bu məsələyə yönəldərək bildirmişdir ki, Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Amma göründüyü kimi, bu günədək bu məsələ öz həllini tapmayıb. Ermənistan açıq-aşkar 10 noyabr Bəyanatına zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Bir mühüm məqamı da nəzərə alaq ki, 10 noyabr Bəyanatını imzalayan üçüncü tərəf Rusiyadır. Bu halda sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşməklə yanaşı, Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Reallıq budur ki, Ermənistan istər sülh müqaviləsinin imzalanması prosesində, istərsə də Bəyanatdan irəli gələn öhdəliklərin icrası istiqamətində konstruktiv deyil, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan 30 ilə yaxın işğal dövründə də Ermənistanın belə mövqeyinin şahidi olub. Amma bu mövqe Ermənistana baha başa gəldi və Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi ilə Ermənistanı diz çökdürərək tarixi Zəfər qazandı.

Vüqar Rəhimzadə, eyni zamanda, diqqəti bir daha Prezidentin bu bəyanatına yönəldib: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. O deyib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana ciddi dərs olmalı idi. Amma belə görünür, sülh müqaviləsinin imzalanması ilə bağlı prosesdə də hansısa güclərdən dəstək alır ki, o dərsi unudub, yenidən başqa istəklə yaşayır. Dövlətimizin başçısı ilk gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, Azərbaycanın xarici işlər nazirinin Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında da bölgədə sülh və tərəqqinin təmin edilməsinə, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasına, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılmasının zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyinə diqqət yönəldilib. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edən Azərbaycan xarici işlər naziri bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb və bu, qəbuledilməzdir.

“Reallıq budur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Zəngəzur dəhlizinin açılması reallıqdır. İki dövlətin sərhədinin delimitasiyası məsələsi Brüssel görüşlərində əldə edilən razılaşmalarda öz əksini tapıb. Amma problem Ermənistanın bu prosesləri yubatmasında, qeyri-konstruktiv mövqe ortaya qoymasındadır”, - deyə Vüqar Rəhimzadə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb