Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüqar Rəhimzadə: Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan hava qapısıdır

Vüqar Rəhimzadə: Füzuli Beynəlxalq Hava Limanı Qarabağın sülhə açılan hava qapısıdır

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 5-i ölkəmiz üçün çox əlamətdar tarix oldu. Dövlətimizin başçısı İlham Əliyevin Qarabağımızın hava qapısı kimi dəyərləndirdiyi Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş etdi. Azərbaycanın “Airbus A340-500” təyyarəsi və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarəsi öz texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirərək Zəfər tariximizin daha bir möhtəşəm səhifəsinin yazılmasının iştirakçısı oldular. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərini, həmçinin Böyük Qayıdışın reallığa çevrilməsinə xidmət edən bu kimi addımları xalqımızın necə sevinclə, qürur hissi ilə qarşıladığını təsəvvür etmək çətin deyil. 30 ilə yaxın düşmən tapdağı altında olan, hər daşı, qayası dağıdılan, yerlə-yeksan edilən bu torpaqlarımızda həyatın yenidən başlanmasından, onlara yeni, doğma nəfəsin verilməsindən sevincli nə ola bilər? Bildiyimiz kimi, Füzuli Beynəlxalq Hava Limanının təməli dövlətimizin başçısı İlham Əliyevin bu il yanvarın 14-də Şuşaya səfəri çərçivəsində qoyulmuşdu. Qarabağın hava qapısı adlandırılan bu müasir tipli beynəlxalq aeroport cəmisi 9 ay müddətinə tamamlanaraq, artıq qonaqlarını qarşılamağa hazırdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, "Qarabağ" adını daşıyan sərnişin təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına enməsi 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi ifadəsi oldu. “Dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoyuldu. Tarixi Zəfərimiz 30 illik işğal dövrünün bütün reallıqlarına işıq saldı. Qonşu ölkələrə qarşı əsassız torpaq iddiası ilə çıxış edib bunu havadarlarının dəstəyi ilə həyata keçirən ermənilər tarixi saxtalaşdırmaqla yalanlarını həqiqət kimi sırımağa çalışsalar da, Qələbədən sonra danışan daşlar, qayalar belə bir daha bu reallığı ortaya qoydu ki, ədalət, beynəlxalq hüquq mövcuddur, sadəcə onların tətbiqi üçün aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar maraqlarını bir kənara qoyub hadisələrə açıq və obyektiv gözlə baxmalıdırlar. Ermənilər işğal etdikləri ərazilərimizdə 30 ildə bir dənə də olsun quruculuq işi həyata keçirməyiblər. Əksinə, mövcud olanları tamamilə dağıdıb, vəhşiliyin onlara xas xislət olduğunu bütün dünyaya nümayiş etdiriblər. Bu gün dünya həqiqətləri görməklə yanaşı, həm də onları etiraf etmək məcburiyyətindədir. Artıq bütün dünya torpağın əsl sahibi olan azərbaycanlıların işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini necə böyük həvəslə, qürur hissi ilə həyata keçirdiklərinə şahidlik edir. Bu gün əsas hədəf bu torpaqları öz əvvəlki məcrasına gətirmək, cənnət məkana çevirməkdir. Dövlət başçısı İlham Əliyevin əsas çağırışlarından biri də budur ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir. Füzuli Beynəlxalq Hava Limanının tikintisində məqsədlərdən biri də mədəniyyət paytaxtımıza gediş-gəlişi yüksək səviyyədə təmin etməkdir. Təbii ki, burada yerli vətəndaşlarla yanaşı, xarici turistlərin səfərləri də nəzərə alınır. Yol infrastrukturunun yüksək səviyyədə qurulması ümumilikdə bu ərazilərin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəni təmin edəcək”, - deyə baş redaktor əlavə edib.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirildiyini bildirən V.Rəhimzadə deyib: “Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş ərazilərimizə səfərlər edən, burada aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olan, yeni obyektlərin təməlinin qoyulmasında və bərpadan sonra açılışında iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirlərin Böyük Qayıdışın reallığa çevrilməsində, möhtəşəm Qələbəmizin təqdimatında mühüm əhəmiyyəti vardır. Hazırda dünyaya səs salan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənələrinin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Bu mühüm tədbirlər işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə ciddi mesajlar olmaqla yanaşı, həm də bərpa və quruculuq işlərinin daha böyük əhval-ruhiyyə, ruh yüksəkliyi ilə davam etdirilməsinə stimuldur”.

Baş redaktor, həmçinin qeyd edib ki, Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq aeroportların tikintisinə başlanılıb. Bu mühüm addımlar həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Yaradılan bu infrastruktur qarşıdakı illərdə Azərbaycanın dayanıqlı inkişafına böyük dəstək olacaq. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq. Hazırda Füzuli Beynəlxalq Hava Limanının ərazisində yaşıllaşdırma işləri həyata keçirilir. Bir sözlə, bu günlər Füzulidə qaynar həyat yaşanır. Qısa zamanda həyata keçirilən nəhəng quruculuq və bərpa işlərinin miqyasının genişliyi, eyni zamanda, Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün üçün bizim yeganə rəqibimiz zamandır. Çünki bərpa və quruculuq işlərinin uğurla başa çatdırılmasının zamana ehtiyacı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb