Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir

Vüqar Rəhimzadə: Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görür, möhkəm təməl üzərində addımlayan Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edirik. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırışdır. Ümummilli Liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası da onun Vətən, xalq sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın tarixinə biri-birindən önəmli uğur səhifələrini yazan ulu öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” çağırışını da etmişdir.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu günümüzdən müstəqilliyimizin ilk illərinə bir baxış keçirsək, atılan addımların, görülən işlərin mahiyyətini, əhəmiyyətini daha dərindən dərk edirik. Müstəqilliyimizin ilk illəri Azərbaycanın tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül dövrü kimi yazılıb. Həmin illərdə xalqımızın sabaha ümidi tamamilə itmişdi. “Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı onu bu vəziyyətdən çıxaracaq yeganə liderin ulu öndər Heydər Əliyev olduğunu onun yenidən hakimiyyətə qayıtması çağırışını etməklə bildirdi. Hər zaman xalqının yanında olan ulu öndər Heydər Əliyev yenə də xalqın təkidli tələbini müsbət cavablandıraraq hakimiyyətə qayıtdı. 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi məqsədilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsinin, ən əsası uzaqgörən siyasətinin nəticəsi idi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bu layihələr, eyni zamanda, Azərbaycanın bu gününə və gələcəyinə inamı artırmaqla yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin “Əsrin müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində qeyd etdiyi kimi, bu mühüm hadisə bu günə qədər görülən işlərin zirvəsidir. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 4 ildən sonra - 2018-ci ilin mayında rəsmi açılışı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Bu kimi biri-birindən mühüm hadisələr Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən etibarlı tərəfdaş mövqeyini bir daha gücləndirdi.

V.Rəhimzadə bildirib ki, Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsinə də geniş yol açdı: “Ulu öndər Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən bəhs edərkən daim iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını vacib amil kimi vurğulayırdı. Azərbaycan qısa müddətdə dünya birliyinin fəal üzvünə çevrildi. Müstəqil dövlət kimi varlığını daha da möhkəmləndirmək üçün diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bütün soydaşlarımıza bir çağırış oldu ki, Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması, öz növbəsində, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin daha dərindən dərk olunmasına yol açdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində erməni yalanları ifşa olundu, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı”.

“Azərbaycanın bu uğurlarını şərtləndirən əsas amil təbii ki, demokratik inkişafdır” söyləyən V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün atributlar bərqərar oldu. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımlar atıldı. Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi kimi biri-birindən önəmli addımlar ulu öndər Heydər Əliyevin humanizm siyasətinin əsas tərkib hissələridir. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlamasına yol açdı.

V.Rəhimzadə diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin fəaliyyətinin hər bir sahəsi bir araşdırma mövzusudur: “Reallıq budur ki, Azərbaycan müstəqil dövlət olaraq öz varlığını təsdiqlədi, sözünün imzası qədər dəyəri olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi. Son 15 il bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Cənab İlham Əliyevin 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə prezident seçkilərində inamlı qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Xalqımız Heydər Əliyev ideyalarına sədaqətini məhz onun layiqli davamçısı cənab İlham Əliyevi yekdilliklə dəstəkləməklə ifadə edir. Bu gün hansı sahəyə diqqət yetirsək inkişafın şahidi olarıq. Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”.

V.Rəhimzadə onu da qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” söyləyən Ümummilli Lider bu fikirləri ilə partiyanın gələcəyinə inamını aydın şəkildə ifadə etmişdir. Hazırda sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.

Baş redaktor Ulu Öndərin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən də geniş bəhs edərək, görülən işləri Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söylədiyi “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir” fikirləri ilə ümumiləşdirib.

Baş redaktor sonda vurğulayıb ki, ulu öndər Heydər Əliyevin haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, fəaliyyətinin hər bir sahəsində araşdırmalar aparılıb, fikirlər səsləndirilib. Arxada qalan hər il Ulu Öndərin mənalı həyatı və titanik fəaliyyəti ilə bağlı daha yeni-yeni araşdırmaları zərurətə çevirir. Çünki dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır. Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalı, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsinə öz töhfəmizi verməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib