Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: İran niyə Ermənistandan Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının haqq-hesabını tələb etmir?

Vüqar Rəhimzadə: İran niyə Ermənistandan Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının haqq-hesabını tələb etmir?

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı prioritetdir. Hazırkı dövrdə qarşıda dayanan əsas çağırış regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tərəfinin otuz illik işğal dövründə ermənilərin törətdikləri təxribatlara, faciələrə, torpaqlarımızı işğal altında saxlamalarına, bütün bunların nəticəsində bir milyondan artıq soydaşımızın əzablı qaçqın və köçkün vəziyyətində yaşamasına rəğmən Ermənistana sülh müqaviləsini təklif etməsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında maraqlı olduğunu təsdiqləyir. Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi hazırkı dövrdə Azərbaycanın əsas hədəfidir və bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət həyata keçirir. Bu çağırış, eyni zamanda, həm region, həm də dünya dövlətlərindən bölgədə cərəyan edən hadisələrə ədalətli və beynəlxalq hüquqa söykənən yanaşma tələb edir. Bu baxımdan son zamanlar İranın regionda sülhün təmin olumasına qarşı atdığı addımlar, xüsusilə Azərbaycana qərəzli münasibəti fonunda Ermənistana göstərdiyi hərtərəfli dəstək bir daha qonşu dövlətin ölkələrarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunub saxlanmasına hansı səviyyədə yanaşma sərgiləməsinə işıq salır. Bu, inkarolunmaz faktdır ki, İranın ermənipərəst mövqeyi zaman-zaman atdığı addımlarda özünü açıq-aydın büruzə verib. Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin həlli prosesində hər zaman Ermənistanın yanında olan İran 30 il davam edən işğal dövründə sözdə ərazi bütövlüyü prinsipini öndə saxladığını bəyan etsə də əməldə nəinki Ermənistanı təcavüzkar dövlət kimi tanımadı, hətta bu reallığı dilinə gətirməkdən belə çəkindi. Azərbaycanın xarici siyasətində daim beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etmək əsas xətt olub. Ölkəmiz indi də bu ümumbəşəri mövqeyinə sadiqdir. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Bu baxımdan Azərbaycan üçün yalnız İranın Ermənistana hansı münasibəti göstərməsi önəmli deyil. Lakin burada narahatlıq doğuran əsas məqam sözdə özünü dünyada bütün müsəlmanların himayədarı elan edən “İslam respublikası”nın əməli fəaliyyətində öz dindaşları olan və hərbi təcavüzə məruz qalan azərbaycanlılara düşmən münasibəti bəsləməsi, işğalçı terrorçu Ermənistana dəstək olması, bu antibəşəri siyasətini reallaşdırmaqla ümumilikdə regionda və dünyada sülhün, təhlükəsizliyin təmin olunması məsələsinə əngəl törətməyə cəhdlər etməsidir. Azərbaycan həmişə bununla bağlı prinsipial mövqeyini ortaya qoyub və bu gün də eyni siyasəti həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə belə bir məqama da diqqəti yönəldib ki, bu ilin oktyabr ayında İran tələm-tələsik Ermənistanın Qafan şəhərində mal tövləsini xatırladan yöndəmsiz bir binada Baş konsulluğunu açdı: “Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyinin təminatı hesab edir” açıqlaması ilə bir daha ölkəsinin ümumilikdə regionun deyil, Ermənistanın təhlükəsizliyinin təminatında maraqlı olduğunu ortaya qoydu. Xüsusi vurğulamaq gərəkdir ki, İran bu kimi riyakar davranışları ilə ölkəmizə qarşı etibarsız qonşu imicinə mütəmadi olaraq əlavələr edir. Bu dövlət Qarabağ münaqişəsinin bitməsindən sonra Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın Azərbaycanla sərhədinə qoşun yığması, burada hərbi təlim keçirmək adı ilə çirkin məqsədlərini reallaşdırmaq cəhdi də bu “İslam respublikası”nın regionda riyakar və ikiüzlü siyasət yürütməsini bir daha sübut edir. Ümumiyyətlə, riyakarlıq və necə deyərlər, “saman altından su yeritmək” xətti İranın təkcə Azərbaycana münasibətində deyil, bütövlükdə bu dövlətin siyasi davranış konsepsiyasında aparıcı yer tutur. Bu səpkili məqsədyönlü və açıq təxribatlarını davam etdirərək, eyni zamanda, özünü “İslam dövləti”, “müsəlman təəssübkeşi”, “Azərbaycanın mehriban qonşusu” kimi təqdim etməyə çalışır”.

Baş redaktor vurğulayıb ki, İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlər keçirməsi hərbi avantüra və səmərəsiz güc nümayişi idi. İranın riyakar molla rejimi unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

“Azərbaycan İranla bağlı olan məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb”, - deyə söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu dövlət Azərbaycanın tarixən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri olub: “Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük bir hissəsi, 40 milyon azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi tellər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Azərbaycan bir qayda olaraq həmin sənədlərdə nəzərdə tutulan müddəaların həyata keçirilməsində üzərinə düşən öhdəlikləri vicdanla və layiqincə yerinə yetirib.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, bu günümüzün əsas çağırışlarından biri də İslam həmrəyliyinin gücləndirilməsidir. Azərbaycanın bu birliyə töhfələri davamlılığı ilə diqqət çəkir: “Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizi yerlə-yeksan etdiyini, məscidlərimizdə donuz saxladığını bəyan edərək bu addımı ümumilikdə İslam dünyasına qarşı hörmətsizlik, təhqir kimi dəyərləndirir. Prezident İlham Əliyev bu faktlarla bağlı bəyan edir ki, İslam məbədlərini dağıdan və təhqir edən ermənilər müsəlmanların dostu ola bilməzlər. Təəssüf ki, hər zaman İslam birliyindən və həmrəyliyindən ağızdolusu danışan, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. İran niyə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etmir? Ona görə tələb etmir ki, İran din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir. İran KİV-ində Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Bütün bunlar faktdır.”

Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən də bu məsələyə xüsusi diqqət yönəltdi: “Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu, o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, işğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrü həqiqət anıdır. Kimin kim olduğu, ədaləti və beynəlxalq hüququ yalnız sözdə deyil, əməldə müdafiə etdiyi baş verən hadisələrin fonunda özünü açıq-aydın göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

"Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir