Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: İşğalçı dövlətə “dur!” deməyin zamanı çoxdan çatıb

Vüqar Rəhimzadə: İşğalçı dövlətə “dur!” deməyin zamanı çoxdan çatıb

Bakı, 4 avqust, AZƏRTAC

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməlləri ilə daim dünyanın diqqətində olsa da, hələ də işğalçı dövlətə “dur!” demək problem olaraq qalmaqdadır. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi olmalıdır. Təəssüf ki, işğalçı dövlət bu prinsipləri kobud şəkildə pozur. Belə bir vəziyyətdə beynəlxalq təşkilatların siyasətində bütün dövlətlərə ədalət meyarının tətbiqi üçün vahid mexanizm mövcud deyil. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, həmçinin ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn tətbiqinin zəruriliyinə təkid edir. Dövlətimizin başçısı İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan etdiyi kimi, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə bu sənədlərin icrası 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və bu dövlətlər dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməklə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, hörmətsizlik edilməsinə imkan verməməlidirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribata qarşı Azərbaycanın qətiyyətli cavabı beynəlxalq aləmdə böyük dəstək qazandı. Nəzərə alsaq ki, bu gün beynəlxalq problemə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətin qətiyyətli mövqeyi, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rola malikdir, bu halda Azərbaycana dəstəyin miqyası göz önündədir. Ölkəmiz bu uğura biri-birindən əhəmiyyətli diplomatik addımları, ən əsası real faktlara, həqiqətlərə əsaslanan təbliğatı sayəsində nail olub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması əsaslı şəkildə öz əksini tapıb. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir sözlə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Əsas olan budur ki, bu qərar və qətnamələr kağız üzərində qalmasın, real həyatda öz təsdiqini tapsın. Azərbaycanın 30 ildən artıqdır ki, dünyadan gözlədiyi məhz budur.

“Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 12 iyul təxribatı ermənilərin törətdikləri ilk hadisə deyil. Tarixin hansı dövrlərinə, eyni zamanda, günün hansı vaxtına diqqət yetirsək, erməni təxribatının şahidi olarıq”, - söyləyən V.Rəhimzadə bildirib ki, təkcə aşağıdakı faktı qeyd etmək kifayətdir ki, ermənilərin məkrli niyyəti bir daha bəlli olsun: “Qurban bayramı olmasına baxmayaraq, Ermənistan yenidən qoşunların təmas xəttində atəşkəsi dəfələrlə pozaraq bununla bütün dünya müsəlmanlarına öz hörmətsizliyini nümayiş etdirmişdir. Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiyanı dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox insanlığa sığmayan vandalizm aktlarını törətmişdir. Bu kimi erməni vəhşiliklərini sadalamağımız səbəbsiz deyil. Ermənistana törətdiyi təxribatlara görə hansısa ciddi sanksiyanın tətbiq olunmaması, “gözün üstə qaşın var” deyilməməsi onu daha da fəallaşdırır, işğalçılığı, terror və təxribatlarının miqyasını genişləndirməyə ruhlandırır”.

Baş redaktor vurğulayıb ki, Ermənistanın hər bir təxribatının qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınır. Bu, Azərbaycanın suveren hüququdur. Müstəqil dövlət olaraq öz ərazi bütövlüyünü, suverenliyini, milli maraqlarını qorumaq hüququndan irəli gələn addımlarıdır. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların kağız üzərində qalması ilə kifayətlənib otururlarsa, bu, artıq dünyada hüquq probleminin pik həddə çatmasına, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin olmamasına bir işarədir. Bu gün Azərbaycan dövləti Ermənistanın 12 iyul təxribatına ona görə daha çox diqqət yönəldir ki, əgər işğalçı dövlətə ciddi beynəlxalq təzyiq göstərilsəydi dünyanın əksər dövlətlərində, o cümlədən demokratiyanın beşiyi sayılan ABŞ-da azərbaycanlıların aidiyyəti qurumların icazəsi əsasında keçirdikləri dinc aksiyalara, o cümlədən səfirliklərimizə, konsulluqlarımıza xarici ölkələrdəki erməni-daşnak tör-töküntüləri tərəfindən hücumlar edilməzdi. Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribat beynəlxalq hüquq baxımından Azərbaycana qarşı təcavüzdür. İşğalçı dövlətin son təxribatlarına hansı tərəfdən yanaşsaq, bütün beynəlxalq konvensiyaların tələblərinə ziddir, hüquq normalarının kobud şəkildə pozulmasıdır, demokratik dəyərlərə hörmətsizlikdir. Azərbaycan tərəfinin hər bir addımını lupa ilə izləyib, ən xırda məqamı belə gözdən qaçırmayan, dərhal ölkəmizi demokratik dəyərlərə hörmətsizlikdə, yaxud demokratiyanın tələblərini pozmaqda ittiham edən beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ Dövlət Departamenti ermənilərin və erməni diasporunun törətdiyi əməllərə laqeyd yanaşmağı daha məqsədəuyğun hesab edir. ABŞ Dövlət Departamenti dünya dövlətlərində insan hüquqlarının qorunmasına dair illik hesabatlarında daim Ermənistanı demokratiyanın tələblərinə böyük hörmətlə yanaşan ölkə kimi dəyərləndirib. Bunun nəticəsidir ki, bu gün istər ABŞ-da, istərsə də digər ölkələrdə demokratik dəyərləri kobud şəkildə pozan ermənilərin təxribatçı hərəkətlərinə göz yummağı özləri üçün çıxış yolu hesab edirlər”.

“Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan diasporunun fəaliyyəti, həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası istiqamətində atdığı addımlar göz qabağındadır. Bu gün dünya, eyni zamanda, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyinin, həmrəyliyinin şahididir. Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komitədə 4 nəfərin vəzifəsini dəyişməsi və 10 əməkdaşı işdən çıxarması da Azərbaycan diasporunun gücünü həzm edə bilməməsindən irəli gəlir. Artıq Ermənistan hakimiyyəti görür ki, müstəilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni diasporuna dünyada cərəyan edə proseslərə təsir etmək imkanı yaratsa da, bu gün artıq Azərbaycan diasporunun gücü həmin mifi dağıtmışdır. Xarici ölkələrdəki soydaşlarımızın vahid bir qüvvə kimi Azərbaycanın haqq səsini dəstəkləməsi, təxribatlardan uzaq olaraq dinc yolla və qanuni şəkildə Ermənistanın vandalizminə qarşı etiraz aksiyaları keçirməsi dünyaya bir daha ədalət çağırışıdır. Son günlərdə Belçika və ABŞ-da günahkarların həbs olunması və istintaqın davam etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. İnanırıq ki, beynəlxalq hüququn norma və prinsiplərinin məkana və zamana görə tətbiqi tendensiyası bir kənara qoyularaq ədalət meyarı öndə saxlanılmaqla günahkarlar cəzalandırılacaq, bununla da aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inam fomalaşdırmaq imkanı qazanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır