Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Kişineu görüşü Brüssel formatının önəmini bir daha təsdiqlədi

Vüqar Rəhimzadə: Kişineu görüşü Brüssel formatının önəmini bir daha təsdiqlədi

Bakı, 2 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova səfər çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşündə iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün imkanların mövcud olduğu bildirildi. Həmçinin Moldova Prezidenti Maya Sandu “Avropa siyasi birliyi”nin Kişineuda keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü əsasında Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşü müsbət addım kimi qiymətləndirdi. Səfərdə diqqət çəkən məqamlardan biri dövlətimizin başçısı İlham Əliyevin Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masada iştirak etməsidir. Ölkə Prezidentinin bu səfərinin Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə eyni vaxta təsadüf etdiyini nəzərə alsaq, qeyd edə bilərik ki, bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu böyükdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişlənməsində də öz sözünü deyir. Prezident İlham Əliyevin Kişineuda enerji təhlükəsizliyi məsələlərinə həsr olunan dəyirmi masada iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi artan rolunun və mövqeyinin təqdimatı oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirildi. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Yeni siyasi platformanın hər iki Zirvə görüşünə Azərbaycanın dəvət olunması ölkəmizin Avropada artan rolunun göstəricisidir. Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr apardılar. Qurumun builki toplantısında iştirakçıların say tərkibində artım, sözsüz ki, onun məqsəd və məramının, həmçinin müzakirəyə çıxardığı mövzuların aktuallığından irəli gəlir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Moldovanın tarixində ən böyük beynəlxalq tədbirdir. “Avropa siyasi birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir ki, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək bir fəaliyyət nümayiş etdirir. “Avropa siyasi birliyi”nin prioritetlərindən biri olan sülh və təhlükəsizlik amilləri Azərbaycanın uzun illərdir təşviq etdiyi məsələlərdəndir. Azərbaycan 30 il işğal dövrünü yaşadı. Bu illərdə ölkəmiz sülh siyasətinə sadiqlik nümayiş etdirərək dünyaya belə bir çağırışı etdi ki, BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik. Sonda Azərbaycan bu qətnamələri özü təkbaşına icra etdi. Hazırkı dövrün əsas çağırışı isə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Bu prosesin reallığa çevrilməsi istiqamətində aparılan Moskva, Soçi, Brüssel, Praqa danışıqlarının hər biri Azərbaycanın diplomatik uğurlarının davamı kimi dəyərləndirilir. Ötən il Praqada “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 2 hissədən ibarət olan dördtərəfli görüşü keçirilmişdi. Həmin görüşdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinpini özündə əks etdirən sülh təklifi dəstəklənmişdi. Diqqət çəkən məqam bu idi ki, Fransa Prezidenti görüş zamanı bu təklifə dəstəyini ifadə etsə də görüşdən heç bir həftə keçmədi ki, erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirdi.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin ardıcıl olaraq “Avropa siyasi birliyi”nin Zirvə toplantılarına dəvət olunması Azərbaycanın sözügedən platformanın prioritet hesab etdiyi istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən irəli gəlir. İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli, eyni zamanda, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli qeyri-rəsmi görüş keçirildi. Beştərəfli görüş müsbət atmosferdə keçdi. Qərara alındı ki, iyulun 21-də Brüsseldə üçtərəfli görüş keçirilsin. Bu dövr ərzində də xarici işlər nazirləri Vaşinqtonda növbəti dəfə görüşəcək. Vaşinqtonda danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransa və Almaniyanın budəfəki görüşdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır. Əsas müzakirələr Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda aparılıb. Bu görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi qeyd edilib. Fransa Prezidentinin ənənəsinə uyğun olaraq yenə də görüşdən sonra yaydığı bəyanatda bu ölkənin bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığına işıq saldı. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında da bildirilir ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülhə və sabitliyə heç də töhfə vermir. “Avropa siyasi birliyi”nin Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Brüssel formatı dəstəklənir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin neytral mövqeyi onun vasitəçiliyinin dəstəklənməsində əhəmiyyətli rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Somalidə terror hadisəsi nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib

Britaniya Ukraynada təlim keçmiş əsgərlərin sayını 30 minə çatdırmaq niyyətindədir

Panama kanalında gəmilərin keçidi quraqlıq səbəbindən azalıb

“Qarabağ” Marko Yankoviçlə müqaviləni yeniləyib

Vyanada MAQATE-nin Baş Konfransının illik 67-ci sessiyası işə başlayır

Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb

“Real” cari çempionatda ilk məğlubiyyətini alıb

Polşa XİN rəhbəri Almaniya Kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq

Füzulidə ər həyat yoldaşını qətlə yetirib

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub

Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır

Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb

Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib

Zaur Nağıyev: Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir

Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Niger Fransa təyyarələri üçün hava məkanını bağlayıb

Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram

Bakıda yelkən üzrə ənənəvi Federasiya Kuboku yarışları keçirilib

Türkiyəli həkim: Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir

Polşa Ukrayna taxılını Afrika və Asiyaya tranzit etməyə hazır olduğunu açıqlayıb

Rusiyada məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 20-dən çox yaralı var

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO

“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb - YENİLƏNİB

Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müqavilə imzalanacaq

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb