Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Mina qurbanlarının sayının artması təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır

Vüqar Rəhimzadə: Mina qurbanlarının sayının artması təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır

Bakı, 5 iyun, AZƏRTAC

Tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından yeddi aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sənədin tələblərini kobud şəkildə pozmaqda, dünya isə təcavüzkar dövlətin növbəti özbaşınalığını susqunluqla izləməkdə davam edir. Məlumdur ki, hazırda günümüzün əsas problemi işğaldan azad edilmiş torpaqlarımızda bərpa planlarının həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsidir. Mənfur düşmən 30 illik işğal dövründə Qarabağda çağdaş dünya tarixində misli görünməmiş vandalizm aktları törədib, bütün tikililəri, tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə yanaşı, həm də Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində tərk etməyə məcbur olduğu ərazilərimizdə müxtəlif növ minalar və digər partlayıcı qurğular yerləşdirib. Faktlar və rəqəmlər sübut edir ki, 10 noyabr razılaşmasına uyğun olaraq mərhələli şəkildə boşaldılan Kəlbəcər, Ağdam və Laçın rayonlarında isə minalanmış sahələr daha böyük əraziləri əhatə edir.

İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı hərbi və siyasi məğlubiyyətinin təsdiqi olan 10 noyabr razılaşmasının tələblərinə uyğun olaraq Ermənistan minalanmış sahələrin xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməlidir. Lakin havadarlarının dəstəyinə bel bağlayan təcavüzkar dövlət Azərbaycanın bütün səylərinə baxmayaraq, müxtəlif bəhanələrlə bu prosesi uzadır. Məhz bütün bunların nəticəsidir ki, hərbi əməliyyatların başa çatmasından sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular xeyli sayda hərbi qulluqçularımızın, mülki vətəndaşlarımızın həyatına son qoyub, onların ağır yaralanaraq əlil olmalarına səbəb olub. Statistikaya görə, bu müddətdə 140 nəfərdən çox Azərbaycan vətəndaşı erməni işğalçıları tərəfindən Qarabağ torpağında basdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Son aylarda işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsinə, minlərlə bu tipli hərbi sursatın zərərsizləşdirilməsinə baxmayaraq, vaxtilə yağı düşmənin apardığı qeyri-insani əməliyyatların miqyası geniş olduğuna görə mina qurbanlarının sayı artmaqda davam edir.

İyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin işğaldan azad edilmiş bu rayonun ərazisində vəzifə borclarını yerinə yetirərkən minaya düşərək həlak olmaları Azərbaycanın son vaxtlar artmaqda olan mina təhlükəsi ilə bağlı həyəcan təbili çalaraq beynəlxalq aləmə edilən müraciətlərin, çağırışların miqyasının daha da genişlənməsini zərurətə çevirib, bu məsələnin həllinin təxirə salınmadan vacib olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıb. Bəli, nəhayət, dünya ictimaiyyəti görməli və anlamalıdır ki, minalanmış ərazilər problemi təkcə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün deyil, ümumilikdə region üçün bitib-tükənməyən faciələrin mənbəyi olaraq qalmaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin heç bir hüquqi, siyasi və hərbi əsasının olmadığını vurğulayan V.Rəhimzadə deyib: “İşğalçı dövlət bu addımı ilə bir daha beynəlxalq hüquqa məhəl qoymadığını təsdiqləyir. Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında”, “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında”, “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” beynəlxalq konvensiyaların müddəalarına nümayişkaranə surətdə məhəl qoymaması dünya birliyini hərəkətə gətirməlidir. Nəhayət, beynəlxalq aləm 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, özünün antibəşəri davranışları ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların heç bir təzyiq göstərməmələrinin, təcavüzkara qarşı sanksiyaların tətbiqi barədə belə düşünməmələrinin sonda hansı vəziyyətə gətirib çıxardığının fərqində olmalıdır. Son 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan dəfələrlə ən yüksək tribunalardan beynəlxalq hüququn bütün dövlətlərə tətbiqi ilə bağlı vahid mexanizmin müəyyənləşdirilməsini tələb edib. Amma çox təəssüflər olsun ki, bu günümüzün reallıqlarından da göründüyü kimi, ikili siyasət hələ də dünya birliyi üçün həlli müşkül məsələyə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün rəsmi instaqram səhifəsində iyunun 4-də Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı paylaşımında bir daha ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərmələrinin zəruriliyi ilə bağlı çağırış edib. Düşünürəm ki, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar bu çağırışa adekvat cavab verməli, Azərbaycanda mina qurbanlarının sayının artması nəhayət, təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır. Azərbaycanın aparıcı media qurumlarından birinin rəhbəri kimi bu gün təəssüf hissi ilə qeyd etməliyəm ki, jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da AZƏRTAC-dan və Azərbaycan Televiziyasından olan həmkarlarımızın faciəli surətdə həlak olmaları ilə nəticələnmiş ermənilərin son mina təxribatlarına hələ də susqun münasibət nümayiş etdirirlər.

V.Rəhimzadə bildirib ki, məlum olay hazırda dünyanın aparıcı media qurumlarının, o cümlədən informasiya agentliklərinin və digər xəbər resurslarının diqqət mərkəzindədir. Xəbərlərdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməsi, Ermənistanın isə bundan israrla imtina etdiyi öz əksini tapır. Azərbaycan jurnalistləri də öz növbəsində hadisə ilə bağlı xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciətlər qəbul edirlər. Artıq 120-dən çox media, jurnalist təşkilatının rəhbərləri və müstəqil jurnalistlər tərəfindən imzalanan müraciətdə də bir daha dünyaya bu çağırış edilir ki, Ermənistanın Azərbaycan ərazisində son mina əməliyyatı məqsədli şəkildə törədilən təxribatdır, ümumbəşəri dəyərlərə birbaşa təhdid əməlidir.

“İşğalçı Ermənistan minalı sahələrin xəritələrini niyə vermir” sualı ətrafında fikirlərini ümumiləşdirən baş redaktor qeyd edib ki, bu sualın 30 ilə yaxın dövrdə susmağın hansı nəticələrə yol açdığının şahidi olan dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara təkrar-təkrar ünvanlanması özündə bir sıra mesajları ehtiva edir. “Zamanında dünyanın güc mərkəzləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana “dur!” deyib, törətdiyi cinayət əməllərinə, beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymaq üçün təzyiqlər göstərsəydilər, problem çoxdan sülh yolu ilə öz həllini tapmış olardı. Amma şükürlər olsun ki, bu gün ortada 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin diktə etdiyi reallıqlar var. Ermənistan bu gün havadarlarının ona göstərdikləri qayğıdan nə qədər ruhlansa da, bu reallıqların rəmzi olan Azərbaycanın “dəmir yumruq” əməliyyatını unutmamalıdır. Hesab edirəm ki, Ermənistanın 44 günlük müharibənin qalibi olan Azərbaycanın təklif etdiyi sülh variantına biganə yanaşması da dünyanın diqqətində olmalıdır. Bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər. Onlar nəhayət, Ermənistana minalı ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı sadəcə bəyanatlar şəklində müraciət etməklə kifayətlənməyin heç bir nəticə verməyəcəyini anlamalı, daha sərt tədbirlərə əl atmalıdırlar. Xüsusilə 10 noyabr razılaşmasına imza atan tərəf, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya bölgədə sülhməramlı missiyanı yerinə yetirməklə bağlı üzərinə götürdüyü məsuliyyətdən irəli gələrək bu istiqamətdə səylərini daha da artırmalıdır. Həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları Ermənistanın təcavüzkar dövlət kimi ifşa edilməsi işinə dəstək göstərməlidirlər. Anlamalıdırlar ki, onların loyallığından ruhlanan işğalçı Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana verməməsi dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və sağlamlıqlarını itirməyə məhkum etmək deməkdir. Bu isə, şübhəsiz, insanlıq əleyhinə cinayətdir. Eyni zamanda, unutmaq olmaz ki, dünya ikili standartlar fonunda hüquq problemini yaşadıqca münaqişə bölgələrində vasitəçilik missiyalarını təklif edən aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara etimadsızlıq mühiti dərinləşir, münaqişəli məsələlərin həllində səbrin tükənməsi sülh variantının müharibə yolu ilə əvəzlənməsinə səbəb olur ki, bu da sonu görünməyən insan faciələrinə gətirib çıxarır. Məsələyə bu kontekstdən yanaşaraq sonda bir daha dünyanın güc mərkəzlərinə 30 ilin laqeydliyinin 44 günlük Vətən müharibəsində Böyük Zəfərimizlə yekunlaşdığını xatırlatmaq istərdik”, - deyə baş redaktor diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ