SİYASƏT


Vüqar Rəhimzadə: Ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il ötür. Bu rəqəm zaman baxımından qısa, inkişaf baxımından isə kifayət qədər zəngindir. Müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan, ağır durumda olan Azərbaycan 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra uğurlu inkişaf mərhələsinə qədəm qoyub. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başlayıb. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirilib, ölkəmizin dövlət müstəqilliyi daha da möhkəmləndirilib. Bir sözlə, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 27 ildə böyük uğurlar qazanılıb. “Ölkəmizin əldə etdiyi yüksək göstəricilər, sürətli inkişafı beynəlxalq hesabatlarda öz əksini tapır. Belə ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilərək Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Yeni hesabatda ölkəmizin mövqeləri kifayət qədər yaxşılaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib. Bununla yanaşı, Azərbaycan 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yeri tutub. Bu cür yüksək nəticələrin qazanılması son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi islahatların sayəsində mümkün olub. Hesab edirəm ki, bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar yaradacaq”, - deyə “İki sahil” qəzetinin baş redaktoru əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.