Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir nümunəsidir

Vüqar Rəhimzadə: “Qobu Park-3” qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir nümunəsidir

Bakı, 29 may, AZƏRTAC

İstər keçən il, istərsə də cari ildə həyata keçirilən islahatlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir dönəmdə Prezident İlham Əliyevin COVID-19-un iqtisadi və sosial fəsadlarının aradan qaldırılması məqsədilə imzaladığı Sərəncama uyğun olaraq dörd sektoru və 20 fəaliyyət sahəsini əhatə edən Tədbirlər Planının uğurlu icrası Azərbaycanın inkişaf modelinin beynəlxalq aləmdə təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günündən bu çağırışı etdi ki, heç bir sosial layihə təxirə salınmayacaq. Bugünümüzün həqiqətləri bir daha bu çağırışın real həyatda öz əksini tapdığını təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır: “Sosial siyasətin əsas istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsidir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində qarşıdakı dövr üçün prioritetləri açıqlayarkən bəyan etmişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü işlərin miqyası genişliyi ilə diqqət çəkir. Belə ki, müasir infrastrukturlara malik olan yeni qəsəbələr salındı, 2007-ci ildə ölkəmizdə sonuncu çadır şəhərciyi ləğv olundu. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illərdə 75 Fərman və Sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları yerlərdə, ictimai binalarda kommunal xidmətlərin təşkilinin yaxşılaşdırılması barədə Prezident Fərmanı da diqqətçəkəndir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Sərəncama uyğun olaraq bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə ayrılan vəsaitlər onlara göstərilən diqqət və qayğının göstəricilərindəndir. Məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artıb. Möhtərəm Prezidentimiz məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimində bildirib ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər”.

“Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biridir”, - söyləyən Vüqar Rəhimzadə deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park -3” yaşayış kompleksinin açılışı da bu diqqət və qayğının tərkib hissəsidir. Yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mehriban Əliyeva hər zaman qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə həssaslıqla yanaşır, onların məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Dövlətimizin başçısının mərasimdə söylədiyi kimi, bu qəsəbələrin açılışı göstərir ki, əgər iradə varsa, siyasət düzgün aparılırsa, istənilən təşəbbüs, gözəl ideya həyata keçər.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın yeni qəsəbələrə köçürülməsi ideyasının müəllifi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev olub. Ulu Öndərin Fərmanı əsasında 1999-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin yönəldildiyi istiqamətlərdən biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.

“Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daimi xarakter alan diqqət və qayğısı doğma yurdlarından didərgin düşən soydaşlarımız tərəfindən yüksək qiymətləndirlir”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, “Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi çox əlamətdar günə təsadüf edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümündə - Respublika Günündə keçirilən açılış mərasimi bir daha xalqımıza bu əminliyə çağırışdır ki, müstəqilliyimiz əbədi, dönməz, sarsılmaz olmaqla yanaşı, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Dövlətimizin başçısı deyib ki, kompleksin açılışının Müstəqillik Gününə təsadüf etməsi rəmzi xarakter daşıyır, yalnız müstəqillik dövründə Azərbaycan öz potensialını böyük dərəcədə inkişaf etdirə bilib.”

V.Rəhimzadə üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını deyib: “Ölkə Prezidenti Azərbaycanın diplomatik və iqtisadi tərəqqisinə uyğun artan hərbi qüdrəti fonunda bu əminliyi böyük inam və qətiyyətlə ifadə edib ki, beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynayacaq. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik.”

“Möhtərəm Prezidentimiz nitqində “Nə üçün torpaqlarımız işğal altına düşdü" sualını da cavablandıraraq Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlmək üçün etdiyi xəyanətləri bir daha diqqətə çatdırıb. Bu reallıq bir daha vurğulanıb ki, əgər o dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfındən işğal edilə bilməzdi”, - söyləyən baş redaktor bildirib ki, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi inkişaf, tərəqqi yoluna çıxardı: “Bu gün müasir müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkəmizin gücləndirilməsi, mövqelərimizin möhkəmləndirilməsi, aparılan islahatlar, iqtisadi, sosial sahədə milli dəyərlərə bağlı olan tədbirlərimiz, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın, həmişə qürurlu, möhkəm ayaqda dayanan, müstəqil dövlət olsun və xalqımız həmişə azad olsun”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb