İDMAN


Vüqar Şirinli: Əsas hədəfim “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır

Bakı, 13 may, AZƏRTAC

Finala gedən yolda bütün rəqiblərimə asanlıqla qalib gəldim. Final döyüşü çox çətin oldu. Rumıniyalı rəqibim titullu və güclü cüdoçudur. Sevinirəm ki, final görüşündə də qalib gəlməyi bacardım.

Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı Vüqar Şirinli AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Qran-Prisinin yüksək təşkilatçılığa səviyyədə təşkilinə görə Milli Paralimpiya Komitəsinə və Cüdo Federasiyasına minnətdarlığımı bildirən idmançı bildirib: “Əsas hədəfim “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır. Qarşıda bizi İtaliyada keçiriləcək Avropa çempionatı gözləyir. Qitə birinciliyi də Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq. Ümumiyyətlə, bizi ciddi sınaqlar gözləyir. İtaliyadan sonra təlim-məşq toplanışına yollanacağıq”.

Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.