Vüqar Süleymanov: Artıq Azərbaycanda yerli istehsal olan minatəmizləmə maşınları var
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Mütəmadi olaraq dövlətimizin dəstəyi ilə yeni texnikalar əldə edirik. Artıq Azərbaycanda yerli istehsal olan minatəmizləmə maşınları var. Bu il ərzində biz həmin maşınlardan əldə edəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Ölkəmizdə keçirilən “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransın əsas məqsədinə toxunan Vüqar Süleymanov deyib: “Məqsədimiz Azərbaycanın üzləşdiyi mina problemini dünya ictimaiyyətinə çatdırmaq, onun miqyasını göstərməkdir. Eyni zamanda, bu problemin qlobal olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsidir. Bizim builki konfransda 51 ölkədən 160-dan çox qonaq iştirak edir”.
Xəbərin mətnində orfoqrafik səhv var