Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Zifəroğlu: Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib

Vüqar Zifəroğlu: Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib

Bakı, 6 dekabr, Səadət Hakiyeva, AZƏRTAC

Azərbaycanın təşkilatçılığı ilə keçirilən siyasi, iqtisadi, humanitar mövzularda beynəlxalq tədbirlər, orada verilən mesajlar təkcə ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda, siyasi iradə və qətiyyətin təzahürüdür. Azərbaycan kifayət qədər ciddi geosiyasi əhəmiyyətə malik ölkədir. Böyük dövlətlərin maraqlarının toqquşduğu regionda iqtisadi inkişaf və siyasi sabitlik göstəriciləri ilə fərqlənmək ölkəmizin həm də etibarlı və dayanıqlı tərəfdaş olduğunu sübut edir. Sirr deyil ki, nüfuzlu beynəlxalq tədbirlər, mühüm hadisələr ərəfəsində müəyyən xarici qüvvələr həmişə Azərbaycanı hədəfə alırlar. Məqsəd bəllidir. Lakin Azərbaycan beynəlxalq əməkdaşlığı genişlənən, siyasi nüfuzlu, iqtisadiyyatı dinamik inkişaf edən, mütərəqqi və islahatçı ölkədir. Dövlətin daxili və xarici siyasəti bir-birini tamamlayır, çevikdir və bütündür. Bütün bunlar isə XXI əsrdə münaqişələrin getdikcə artdığı bir dövrdə önəmli şərtlərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlu bildirib ki, bu gün Azərbaycan dünyada mühüm regional iqtisadi-siyasi mərkəzə, nəqliyyat-tranzit qovşağına çevrilib. Ümumiyyətlə, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Azərbaycan, eyni zamanda, beynəlxalq enerji layihələrində də ciddi və önəmli tərəfdaşdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən düşünülmüş enerji siyasətinin rolu xüsusilə qeyd edilməlidir.

“Ölkəmizin beynəlxalq nüfuzunun artmasına ciddi təsir göstərən başqa məqam istər siyasi, istər sosial və humanitar əhəmiyyətə malik mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bu il BMT-dən sonra ən çox dövlətin üzv olduğu Qoşulmama Hərəkatının sammitinin ölkəmizdə keçirilməsi və 3 il müddətinə bu nüfuzlu beynəlxalq təşkilata məhz Azərbaycanın sədr seçilməsi aparılan uğurlu xarici və daxili siyasətimizə beynəlxalq ictimaiyyətin yüksək dəyəri və etimadının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması və sədrlik etməsi ilk hadisə deyil. Bu xüsusda ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasındakı fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışında da bildirdiyi kimi, bu, heç də asan əldə edilən nailiyyət deyil. Qarşımıza çıxarılan süni əngəlləri 3 gün və 16 turda davam edən səsvermənin nəticəsində məhz prinsipiallıq, qətiyyət və əzm sayəsində dəf etmək mümkün olub”, – deyə V.Zifəroğlu qeyd edib. Bildirib ki, Azərbaycanın beynəlxalq siyasətinin təməlində dünyanı bir araya gətirməklə müxtəlif dini konfessiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səylərini ortaya qoymaq istəyi durur. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu xüsusda beynəlxalq tədbirlərdəki çıxışlarında qaldırdıqları problemlər, verdikləri mesajlar olduqca önəmlidir. Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində etdiyi çıxışında vurğuladığı kimi: “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir”.

BDU-nun dekanı deyib ki, Azərbaycanda aparılan ardıcıl və kompleks islahatlar və onların nəticələri bir daha onu göstərir ki, əldə edilən nailiyyətlər hələ başlanğıcdır. Qlobal güclərin daim diqqət mərkəzində olan, ciddi strateji əhəmiyyətə malik ölkəmiz təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Birbaşa dövlət və milli maraqlara söykənən çevik siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar