REGİONLAR
Vural Özmekik: Qarabağda qısa zamanda sürətli bərpa işlərinin aparılması məni sevindirir VİDEO
Şuşa, 29 oktyabr, AZƏRTAC
Mən bu gün “Bir millət, iki dövlət” düşüncəsi ilə burada gözəl hisslər yaşadığım üçün çox xoşbəxtəm.
Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Türkiyə Səyyahlar Klubunun İdarə Heyətinin katibi Vural Özmekik deyib.
“Qarabağda müharibədən sonra qısa zamanda sürətli bərpa işlərinin aparılması məni sevindirir. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz Qarabağı birlikdə inkişaf etdirəcəyik”, - deyə o bildirib.
İdarə Heyətinin katibi qeyd edib ki, Azərbaycanda dağıntılar törədən Ermənistan illərdir Türkiyəyə də iftiralar atır. V.Özmekik bildirib ki, dünya yardım etməsə də, Ermənistanın viran qoyduğu Qarabağ torpaqları Azərbaycan və Türkiyə tərəfindən birlikdə yenidən qurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]