CƏMİYYƏT


Vüsal Hüseynov: Ötən il ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz artıb VİDEO

Bakı, 11 yanvar, AZƏRTAC

Ötən il 2 milyon 845 min 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəmizə daxil olduğu qeydə alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 2 milyon 692 min 219 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir.

AZƏRTAC xəbər verir ki, bunu DMX-nin 2018-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmətin rəisi Vüsal Hüseynov deyib.

Xidmət rəisi qeyd edib ki, hesabat dövründə 740 min 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. 2017-cı ilin müvafiq dövründə bu rəqəm 749 min 732 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.