İQTİSADİYYAT


Vüsal Qasımlı: 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır

Bakı, 21 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək. Eyni zamanda, rəqəmsal transformasiya və Qarabağın inkişafı üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan postkonflikt və postpandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O deyib ki, Azərbaycanda Böyük Qayıdış dünya postkonflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq.

“Milli iqtisadiyyat quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır. 2019-cu ildə inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var”, - deyə V.Qasımlı qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.