İQTİSADİYYAT


Vüsal Qasımlı: Dövlət qurumlarının hər biri öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət qurumlarının hər biri öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Baş Prokurorluq tərəfindən 52 cinayət işi açılıb və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Eyni zamanda, bizim Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanımız var. Sentyabrın 27-dən Ermənistanın törətdiyi təcavüz aktları, hərbi təxribatlar nəticəsində həm insanlıq əleyhinə, həm də müharibə cinayətlərinin şahidiyik. Bu faktı demək kifayətdir ki, “Amnesty International” və “Human Rights Watch” Ermənistanın kasetli silahlardan istifadə etdiyini öz hesabatlarında qeyd ediblər. Kasetli silahlardan istifadənin qadağası ilə bağlı konvensiya 10 ildən çoxdur qüvvədədir və Ermənistan bu konvensiyanın müddəalarını pozur. Düşmən ölkə qadağan olunmuş silahlardan istifadə edərək Azərbaycana qarşı təcavüzünü davam etdirir", - deyə V.Qasımlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.