Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Milli prioritetlər rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatı hədəfləyib

Vüsal Qasımlı: Milli prioritetlər rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatı hədəfləyib

Bakı, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyev 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edib. Sərəncamdan irəli gələn vəzifələrin həlli ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Milli prioritetlər Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəflərə çatmaqda hansı rolu alacaq?

- Bir tərəfdən milli prioritetlər, digər tərəfdən isə nəticəəsaslı büdcə və ortamüddətli xərclər çərçivəsi strateji idarəetmənin əsaslarını gücləndirir. Yeni regional reallıq, Qarabağın reinteqrasiyası, dördüncü sənaye inqilabı kimi perspektivlər, iqlim dəyişikliyi və karbohidrogen gəlirlərinin azalması kimi çağırışlar və dayanıqlı inkişaf gündəliyi Azərbaycanda iqtisadiyyat və idarəetmənin reformat olunmasını zəruri edir. Azərbaycan da qlobal iqtisadi inkişaf tsiklinə uyğun olaraq böhrandan adaptasiya dövrünə keçir, postkonflikt və postpandemiya gündəliyini tərtib edir. Makro və fiskal çərçivənin yenilənməsi, iqtisadiyyatın strukturunun optimallaşdırılması və rəqabətqabiliyyətliliyin yüksəldilməsi məhsuldarlığın artımından asılıdır. Məhsuldarlıq isə institusional islahatlar, texnoloji yenilənmə, bazarlara çıxış və insan kapitalının inkişafı ilə bağlıdır. Nobel laureatı Pol Kruqman deyir ki, məhsuldarlıq hər şey demək deyil, amma uzunmüddətli dönəmdə hər şeydir. Yaradıcı və motivasiyaedici mühit insan kapitalının daha çox dəyər yaratmasını, həmçinin insan kapitalı indeksi və insan inkişafı indeksinin yüksəlməsini təmin edə bilər. Alfred Marşal deyirdi ki, ən dəyərli kapital insana yatırılan kapitaldır.

Azərbaycanın iqtisadi inkişafı sənayeləşmə və postindustrial mərhələnin, xüsusən də xidmət sektorunun artımını əhatə edir. Eyni zamanda, qlobal dəyər zəncirlərinə qoşulma, ixracyönümlülük və idxalın əvəzlənməsi, xarici iqtisadi əlaqələrin daha da liberallaşması da daxil olmaqla kompleks islahatlar ilə mümkündür.

Yeni Milli Prioritetlər, həm də islahatların yeni gündəliyini yaradır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, Strateji Yol xəritələrindən əldə olunmuş nəticələr və institusional yaddaş milli prioritetlərin əsasında hazırlanacaq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası” üçün əhəmiyyətlidir.

- Azərbaycanda iqtisadi artımın əsas amilləri hansılardır və onların artıma təsir imkanları necədir?

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekonometrik laboratoriyasında aparılan hesablamalara əsasən, deyə bilərik ki, iqtisadi artıma 60 faiz əmək, 40 faiz kapital təsir göstərir. Deməli, biz insan kapitalını yüksəltməklə, həm də əmək məhsuldarlığı vasitəsilə iqtisadi artıma daha çox təsir imkanına malikik. Digər tərəfdən isə kapitalın iqtisadi artıma təsirini daha da artırmaq üçün yüksək texnologiyaların tətbiqi zəruridir. Azərbaycanda ümumi amil məhsuldarlığı mənfi zonada olmasa da, yüksəlmə potensialı böyükdür. Əlverişli mühit iqtisadi artımı daha çox dəstəkləmək imkanına malikdir. Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrin təcrübəsi göstərir ki, məhdud resursları belə əlverişli mühit vasitəsilə iqtisadi artıma çevirmək mümkündür. Baxmayaraq ki, Azərbaycan “Doing Business” hesabatında dünyanın top-10 islahatçıları sırasındadır, biznes mühitinin daha da əlverişli olması üçün islahatlar davam etdiriləcək. Eyni zamanda, Milli Prioritetlərə uyğun olaraq məhkəmə-hüquq və dövlət müəssisələrinin islahatının davam etdirilməsi, həmçinin dövlət təşviqinin miqyasının və effektinin daha da artırılması nəzərdə tutulur.

- Milli Prioritetlər sənədinə iqtisadiyyatın “hərəkətverici qüvvələri” anlayışı daxil edilib. Bunu necə izah etmək mümkündür?

- “Hərəkətverici qüvvələr” anlayışına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılmış “xərclər-buraxılış modeli” - hesablamalar əsasında cavab vermək istərdim. Burada 2 yanaşma var: birincisi, multiplikator yanaşması, digəri isə sektorun özündən əvvəl (backword linkage) və özündən sonra (forward linkage) gələn sektorlara nə dərəcədə təsir göstərməsidir. İqtisadiyyatın sahələri 4 əsas multiplikator üzrə effekt yaradır: buraxılış (output) multiplikatoru, əmək gəliri multiplikatoru, məşğulluq multiplikatoru və əlavə dəyər multiplikatoru. Məsələn, bizim hesablamalara görə, buraxılış multiplikatoru 26 istiqamətdə, o cümlədən, elektrik avadanlığı, geyim, ərzaq, əczaçılıq, kimya və içki sənayesində 2-dən çoxdur və ən yüksəkdir. Yəni bu sahələrin buraxılışı ümumi iqtisadiyyata daha çox təsir göstərir. Neft-qaz hasilatının isə buraxılış multiplikatoru 1,16 olmaqla ən aşağı həddə yaxındır, bu sahənin artımının ümumi məhsul buraxılışına birbaşa təsiri cüzidir.

Eyni zamanda, aqrar sahə, turizm və özünüməşğulluq proqramı daha çox məşğulluq, neft-kimyası kimi sektorlar daha çox əlavə dəyər, maliyyə-bank sektoru kimi sektorlar isə daha çox əmək gəliri yaradır. Biz iqtisadiyyatın şaxələndirilməsi zamanı bu xüsusiyyətləri, yəni buraxılışı, əmək gəlirlərini, məşğulluğu və əlavə dəyəri nəzərə almaqla optimallaşdırmaya getməliyik. Mövcud resurslarımız, coğrafiya, qlobal trendlər və yerli şərait, həm də ənənə və perspektivlər milli iqtisadiyyat quruculuğunda nəzərə alınası məsələlərdir.

Milli Prioritetlərdə göstərilən iqtisadi suverenliyi təmin etmək üçün ÜDM-in tərkibində xarici komponentin – qoyuluşun (input) optimallaşdırılmasına da ehtiyac var.

- İqtisadi artımı hansı sahələrin hesabına sürətləndirmək olar?

- İqtisadi artımı tətikləyən sahələri diqqətlə seçməliyik. Məsələn, Azərbaycanda tikintinin məhsulundan 84 sahə (downstream) faydalanır, tikinti özü isə 44 sahənin (upstream) məhsulundan və xidmətindən yararlanır. Beləliklə, tikinti elə bir həlqədir ki, onun vasitəsilə bütün zənciri tərpətmək, eyni zamanda, həm tələb, həm də təklif yaratmaq mümkündür. Qarabağda tikinti bumu bu mənada bütün iqtisadiyyatı canlandıra bilər. Tikintinin hər 3 manatlıq buraxılışına qarşı 1 manat da idxal düşdüyündən tikintidə istifadə olunan məhsul və xidmətləri də mümkün qədər yerli istehsalın hesabına təmin etməklə əlavə dəyər yarada bilərik. Tikinti qədər emal sənayesi də “upstream” və “downstream” istiqamətlərində təsir imkanlarına malikdir. Çünki istər kənd təsərrüfatı məhsulu olsun, istərsə də dağ-mədən, emal sənayesi xammal resursuna dəyər əlavə etməklə, emal dərinliyini artırmaqla iqtisadiyyatı canlandırır, əlavə dəyər və iş yeri yaradır.

Biz texnologiyaları daha çox idxal etdiyimizdən, onun “downstream” təsiri daha çoxdur və texnologiyalar iqtisadi səmərəliliyi yüksəldir. “Downstream”də ticarət, maliyyə-bank, biznes, rabitə və informasiya xidmətləri, “upstream”də isə turizm daha çox təsirə malikdir. Bir sözlə, biz dəyər zəncirində həlledici həlqələrin üzərində daha çox fokuslanmaqla - nöqtəvi təsirlə iqtisadi artımı təmin edə bilərik.

Hazırda İİTKM-də bütün sektorların həm daxili resurs dəyəri əsasında rəqabət qabiliyyəti təhlil edilir, həm də sektorun başqa sahələrə təsirini ifadə edən dispersiya effekti hesablanır. Əgər iqtisadi təhlükəsizlik üçün təhdid yaratmırsa, rəqabət üstünlüyü olmayan sahələrin dəstəklənməsi lazım deyil. Əvəzində rəqabət üstünlüyü olan sahələri dəstəkləməklə resurslarımızı daha səmərəli istifadə edərək, faydamızı maksimallaşdıra bilərik.

Hazırda Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün əsas "dartıcı qüvvə" daxili tələbdir, qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti təxminən 5 faizdir, qalan ÜDM-in 95 faizinə yerli tələb var. Bu mənada beynəlxalq müqayisə göstərir ki, bizim ixrac potensialımız böyükdür və iqtisadiyyatın rəqabət qabiliyyəti artdıqca xarici tələb daha böyük rol alacaq. Sinqapur və Maldivin təcrübəsi göstərir ki, uğur qazanan kiçik iqtisadiyyatlarda artımın əsas drayveri xarici tələb - ixrac olmalıdır. Böyük iqtisadiyyatlar, məsələn, Çində əksinə miqyas effekti imkan verir ki, daxili tələb əsas hərəkətverici olsun. Azərbaycan iqtisadi artımı daha çox xarici bazarlara çıxmaqla təmin edə bilər. Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulması üçün dağ-mədən, neft-kimya, nəqliyyat-logistika, tekstil, emal sənayesi kimi sahələri daha perspektivlidir.

Azərbaycanın 2030-cu il hədəflərindən danışanda, biz həm də əhali artımını da nəzərə almalıyıq. 2030-cu ilə qədər əhalimiz BMT-nin proqnozlarına əsasən 600 min nəfər artacaq. Bir tərəfdən Qarabağın 167 faydalı təbii resursları, torpaq, su və meşə fondu, tarixi və mədəni abidələri, digər tərəfdən isə 600 min insan yaxın perspektivdə iqtisadiyyatımıza əlavə güc qatacaq. İstər təbii ehtiyatlar, istərsə də insan kapitalını daha səmərəli istifadə etmək üçün şərait yaratmalıyıq.

- Fiskal siyasət Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələrin həllində nə dərəcədə rol oynadı?

- 2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizə üçün dünyada 14 trilyon dollar fiskal dəstək həyata keçirilib ki, bu da dövlət maliyyəsi üçün gərginlik yaradıb. Pandemiya ilə mübarizə keçən il dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbətini dünya üzrə 11,8 faiz, inkişaf etməkdə olan ölkələr üzrə 10,3 faiz və neft hasil edən ölkələr üzrə 10,6 faiz həddinə çatdırıb. Azərbaycanda isə 2020-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti orta dünya göstəricisindən 5 dəfə az olmaqla cəmi 2,4 faiz təşkil edib. Digər tərəfdən, pandemiya ilə mübarizədə dövlət borcu indiyədək görünməmiş həddə - ÜDM-in 98 faizinə yüksəldib. Müqayisə üçün deyək ki, Azərbaycanda bu göstərici orta dünya həddindən təxminən 4 dəfə aşağıdır.

2021-ci ildə dünyada iqtisadi artımın bərpası üçün dəstək tədbirləri davam edir. Məsələn, Kanada növbəti üç ildə 70-100 milyon dollarlıq fiskal stimul təqdim edəcək, Yunanıstan həmrəylik vergisi və sosial sığorta ayırmaları ilə iqtisadi artımı dəstəkləyəcək və Avstraliya “JobMaker” planı təqdim edir. Dünya meqatrendlərinə uyğun olaraq, Azərbaycanda da həm iqtisadi artım, həm də sosial rifah məqsədilə fiskal genişlənmə davam edir. Amma dünya trendlərindən fərqli olaraq, Azərbaycanda fiskal genişlənmə daha çox dövlətin maliyyə resursları hesabına baş verir, məsələn, həmrəylik vergisi tətbiq etməklə deyil. Digər tərəfdən, Azərbaycan dövlət büdcəsi, həm də ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətini daha da möhkəmləndirməlidir. İndiki kontur-tsiklik siyasətə uyğun olaraq, böhran zamanı fiskal genişlənmə tətbiq edildiyi kimi, iqtisadi artım bərpa olunduqdan sonra Azərbaycan büdcə qaydalarının tətbiqinə başlayacaq, yəni icmal büdcənin yuxarı həddi, dövlət borcu və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti qaydalarla tənzimlənəcək.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Azərbaycan inkişaf etməkdə olan və orta gəlirli ölkələr arasında 2020-ci ildə fiskal balansda ən çox yumşalmaya gedən ölkədir. Belə ki, 2020-ci ildə kumulyativ fiskal yumşalma ÜDM-in 20 faizinə çatmaqla Azərbaycanda ən yüksək olub. Bu il Azərbaycan bu göstəriciyə görə yalnız Küveytə güzəştə getdiyi halda, 2022-2025-ci illərdə inkişaf etməkdə olan və orta gəlirli ölkələr arasında yenidən lider mövqeyini qoruyacaq. Fiskal yumşalma dedikdə, dövlətin xərcləri artırması və gəlirlərdə güzəştə getməsi nəzərdə tutulur. Əlbəttə, Azərbaycanın bu göstərici üzrə liderliyə yüksəlməsi ölkədə yaradılmış “fiskal fəza” hesabına mümkün olub. İnkişaf etməkdə olan və orta gəlirli 40-dək ölkə arasında dövlət büdcəsinin imkanlarından ən çox Azərbaycan istifadə edib. 2020-ci ildə Azərbaycanın görünməmiş həddə aşağı neft qiymətləri və hasilatın azalması, quraqlıq və pandemiya ilə mübarizəsi, həmçinin Vətən müharibəsində şanlı Qələbəsi dövlətin maliyyə qüdrətinə bağlı olub. BVF-nin Fiskal Hesabatı bu faktı bir daha sübut edir. Özü də Azərbaycan bu liderliyini bizdən dəfələrlə böyük - Çin, Hindistan, Braziliya kimi dövlətlərin də daxil olduğu qrupda bacarıb.

Nassim Talebin ifadəsi ilə desək, 2020-ci ildə Prezident İlham Əliyev “əlini daşın altına qoymaq”la, həm də bütün məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

- İqtisadiyyatın maliyyələşdirilməsi perspektivləri barədə nə demək olar?

- Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Gita Qopinatın yanaşmasına görə, qlobal iqtisadiyyatın bərpasında əsas rolu vaksinə tez çıxış, fiskal stimulların və yumşaq monetar siyasətin davam etməsi oynayacaq. İlk vaksinasiya aparan ölkələrdən olan Azərbaycan bu il də fiskal genişlənməni və yumşaq monetar siyasəti davam etdirməklə milli iqtisadiyyatın bərpasında ən uyğun “resept”i tətbiq edir. İri kapital ehtiyatları və yüksək likvidlik imkanları, dövlətin subsidiya, zəmanət və tənzimləmə dəstəyi, həmçinin əvvəlki böhranlarda qazanılmış immunitet bütün dünyada olduğu kimi Azərbaycan banklarını da böhrandan az itki ilə çıxartdı. Banklarda manatla yeni depozit və kreditlər üzrə orta faizlər arasında marjanın keçən il 6,32-dən 7,41-ə yüksəlməsi və onların xalis faiz gəlirlərinin artması, habelə bank sektorunun xalis mənfəətinin 5,6 faiz artaraq 567,8 milyon manata çatması göstərir ki, Azərbaycan bank sektoru dayanıqlığını qoruyur. Hansı ki, bu, hər yerdə belə deyil, məsələn, Yaponiya və Avropada pandemiya şəraitində kapitalın dəyərinin (cost of equity) artması və kapitalın gəlirliliyinin (return of equity) azalması bank sektorunda gərginlik yaradır. Azərbaycanda 2020-ci ildə həm biznes, həm də istehlak kreditlərinin cüzi də olsa azalması daha çox pandemiyanın təsiri ilə tələbin məhdudlaşması səbəbindən idi, bu il isə bank sektoru iqtisadi artımın bərpası prosesinə daha yaxından cəlb olunmalı və əlverişli biznes maliyyələşməsini genişləndirməlidir. Çünki iqtisadi artımın bərpası həm də yenidən bank məhsullarına tələbi artıracaq. Necə deyərlər, “borclu borclunun sağlığını istər”. Aşağı inflyasiya və sabit manat, ÜDM-ə münasibətdə yüksək strateji valyuta ehtiyatları və aşağı xarici borc, Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılma perspektivi, fiskal genişlənmə və yumşaq monetar siyasət, bərpa prosesinə yerli və xarici iş adamlarının marağı bir investisiya dalğası vəd edir. Bu prosesə həm banklarımız, həm də investisiya fondları və kapital bazarları yaxından cəlb olunmalıdır. Xüsusən də yaşıl istiqrazlar, sosial istiqrazlar, davamlı istiqrazlar kimi qiymətli kağızlarla sərmayə cəlbi imkanlarımız var. Bu arada maliyyə texnologiyalarının iqtisadi artıma, rəqəmsal maliyyə inklüzivliyinə və səmərəliliyə müsbət təsirini nəzərə alaraq bu sahədə tətbiqləri və maarifləndirməni genişləndirməliyik. Bu il yanvarın 28-29-da keçirilən “Fintex” Sammitində məhz fintex-tərəfdaşlıq, risklər, ödəniş ekosistemləri, blokçeyn, insan mərkəzli fintex, kibertəhlükəsizlik, şəhər mobilliyi, tənzimləyici çərçivə və sair məsələləri müzakirə etdik.

- Qarabağın bərpasında dövlət maliyyəsi iqtisadi artıma necə təsir edəcək?

- Dünya iqtisadiyyatında artımın əsas mənbəyi kimi istehlak rol oynadığı halda, Çində investisiya aparıcı rola malikdir. İstehlakın hesabına artım dayanıqlı deyil, birdəfəlik təbiətə malikdir, sərmayələrin hesabına artım isə daha davamlıdır. Azərbaycanda xüsusən də Qarabağın bərpasına dövlət və qeyri-dövlət sərmayələrin cəlbi dayanıqlı iqtisadi artıma əsas yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qurulan ekonometrik laboratoriyada aparılan təhlil onu göstərir ki, Qarabağda dövlət büdcəsi hesabına 2,2 milyard manatlıq sərmayə qoyuluşu potensial qeyri-neft ÜDM-ni artıracaq. Bu nəticə başa düşüləndir: yeni əsas fondlar – yol, elektrik, qaz və sair infrastruktur iqtisadiyyatın potensialını artırır. Amma bu potensialın real qeyri-neft ÜDM-ə təsiri daha vacibdir. Çünki dövlət xərcləmələri ÜDM-i artırdığı kimi, həm də xalis ixracı azaldır, daha doğrusu idxalı artırır və beləliklə, real ÜDM-ə təsir azalır. Buna baxmayaraq, ekonometrik hesablamalar göstərir ki, real və nominal ÜDM arasında fərqi ifadə edən buraxılış kəsiri bu il mənfi zonadan çıxaraq sıfırlana bilər. Qarabağda dövlət sərmayələri katalizator rolunu oynayacaq və qeyri-dövlət sərmayə qoyuluşu üçün əsaslar yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayır. Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yaradıcı sənaye, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və yaşıl enerji kimi sahələrin böyük inkişaf potensialı var. Qarabağ Dirçəliş Fondu qeyri-dövlət sərmayələrin cəlbində mühüm rol ala bilər.

- Hiss olunur ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində güclü iqtisadi-riyazi aparat formalaşıb. Hansı modellərdən istifadə edirsiniz?

- Mərkəzdə “EconLAB” iqtisadi təhlil laboratoriyası yaradılıb. Laboratoriyada makro, mezo və mikro səviyyədə təhlillərin aparılması üçün modellər qurulub və proqram təminatları əldə edilib. Hazırda bizdə ORANİ, xərclər-buraxılış, ümumi tarazlıq, maliyyə proqramlaşdırılması, mikrosimulyasiya və sair modellərdən istifadə olunur. Modellərin qurulmasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə yaxından əməkdaşlıq edilib. “EconLAB”ın beynəlxalq təqdimatı ilk dəfə olaraq Bolqarıstanın Sofiya şəhərində yerləşən İqtisadi Siyasət İnstitutunda keçirilib. “EconLAB”ın imkanlarından istifadə edərək milli prioritetlər çərçivəsində qısa, orta və uzunmüddətli dövr üçün makro, mezo və mikro səviyyələrdə proqnozlar hazırlanır, xarici şokların ölkə iqtisadiyyatına təsirləri qiymətləndirilir və bu şokların təsirlərinin minimuma endirilməsi üçün addımlar müəyyən edilir. Bizim laboratoriyada fiskal, monetar, real sektor və tədiyyə balansı bir yerdə və ayrılıqda modelləşdirilir, təkliflər hazırlanır.

Modellərin qurulmasında İİTKM-in bir üstünlüyü də ondadır ki, biz 20-dək Strateji Yol Xəritəsi, dövlət proqramı və fəaliyyət planlarının monitorinq və qiymətləndirilməsini aparırıq. Beləliklə, mərkəzimizdə verilənlər bazası və lazımi məlumatlılıq formalaşır ki, bu da modelləşmədə istifadə edilir. Modellərdən əldə olunan nəticələr həm dövlətin iqtisadi siyasəti üçün təkliflərin hazırlanmasında, həm də elmi əsərlərin yazılmasında və kommunikasiya siyasətində istifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var VİDEO

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür