Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Prezident İlham Əliyevin rəhbərliyi ilə maliyyə-bank sektorunda inkişafın yeni mərhələsi başlayır

Vüsal Qasımlı: Prezident İlham Əliyevin rəhbərliyi ilə maliyyə-bank sektorunda inkişafın yeni mərhələsi başlayır

Bakı, 8 fevral, AZƏRTAC

Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkənin maliyyə-bank sektorunun inkişafı sahəsində mühüm tapşırıqlar verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu mövzuda AZƏRTAC-ın suallarını cavablandırıb.

- Maliyyə-bank sektorunda son bir ildə əsas trendlər nədən ibarət olub?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət çərçivəsində son 3 ildə institusional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin və rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib. Nəticədə ötən il bank sektorunun kredit portfelinin genişləndiyini, mənfəətinin, aktiv və əmanətlərinin, balans kapitalının artdığını, eyni zamanda, xarici borcunun azaldığını qeyd etmək lazımdır. Bank sektorunun xalis mənfəəti son 1 ildə iki dəfə daha artıb, dollarlaşma kreditlərdə 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində isə 63 faizdən 54 faizə enib.

2019-cu ildə həm geniş mənada pul kütləsi (M3), həm də digər pul aqreqatlar M0, M1 və M2 artıb. Lakin pul multiplikatoru - M2 pul aqreqatının manatla pul bazasına nisbəti azalıb. Elə M3 pul aqreqatının pul bazasına nisbəti də geriləyib. Deməli, Azərbaycan bankları depozit və kredit əməliyyatları hesabına pul yaratmaqda çətinlik çəkirlər. Çünki pul multiplikatoru bankların pul yaratmaq qabiliyyətini göstərir. Depozit və kreditlər pul kütləsinə nisbətən 4-5 faiz aşağı sürətlə artdığından pul multiplikatoru da azalıb. Amma gərək depozitlərin və kreditlərin artmasına da tələb olsun.

Ötən il manatın dövriyyə sürəti 6 faiz azalıb. Əgər pul kütləsi artırsa, onda pulun dövriyyə sürəti də azalmalıdır ki, pul tarazlığı təmin olunsun. Samuelson və Fridman belə bir mülahizə irəli sürürdülər ki, uzunmüddətli dönəmdə pulun dövriyyə sürəti real gəlirin artımı həddində aşağı düşməklə tənzimləyici təsir göstərir. Azərbaycanda pul tədavülü qanununun bu tələbi qorunub. Əks təqdirdə pul kütləsinin artması fonunda pulun dövretmə sürəti də yüksələrdisə, onda ÜDM-in mötədil artımı şəraitində inflyasiya sürətlənə bilərdi. Dövriyyədəki izafi pul kütləsi Mərkəzi Bankın depozit və notları, məcburi ehtiyat normaları, habelə Maliyyə Nazirliyinin dövlət istiqrazları vasitəsilə tənzimlənir, beləliklə manatın məzənnəsi sabitləşdirilir. Təkcə keçən il Mərkəzi Bank və Maliyyə Nazirliyi birlikdə 700 milyon dollardan çox vəsaiti sterilizasiya ediblər.

Real sektora yönəldilən kreditlərin sahələr üzrə ötən il xüsusi çəkisində ev təsərrüfatları və ticarət və ictimai iaşə önə çıxıb. Bu iki sahəyə ayrılan kredit həcmi ümumi kredit portfelinin 60 faizini təşkil edir. Xüsusən ev təsərrüfatlarına ayrılan kreditlər ilk dəfə olaraq portfelin yarısına yaxınlaşır. Nəzərə alanda ki, 2019-cu ildə əhalinin nominal gəlirləri də 7,4 faiz artıb, onda tələbin sürətlə artmasının şahidi olarıq. Tələbin sürətlə artması fonunda qeyri-neft iqtisadiyyatı da uyğun artım tempi göstərməlidir ki, idxal sürətlənməsin və ya biz xarici istehsalçıları daha çox maliyyələşdirməyək. Kredit portfelini müxtəlif meyarlar üzrə təhlil etdikdə ən geniş yayılan kreditvermə hallarının Bakıda uzunmüddətli, manatla, ev təsərrüfatları, ticarət, iaşə, nəqliyyat və rabitə xidmətləri sektorunda olduğunu görürük. Kreditlərin manatla və uzunmüddətli verilməsi müsbət tendensiyadır. Lakin kreditlərin Bakı ilə bərabər həm də rayonlara və digər real sektora yönəldilməsi istiqamətində daha çox işləməliyik.

- Kredit portfelinin miqyası və strukturu nə dərəcədə səmərəlidir?

- Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə orta göstərici 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz və Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var.

Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olub, bu gün isə spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir. Misal olaraq, 2018-ci ildən spredin Belarusda 2,78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik.

Azərbaycanda kredit faizlərinin aşağı salınması və daha sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunub. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılıb ki, bu reyestr də daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almasına imkan yaradır. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Digər mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, müvafiq qurumun yaradılması ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına və banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. Sadalanan hər üç mexanizmin funksionallığının daha da artırılması zəruridir. Məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə qərarlarının icrası sahəsində görülən işlər də bankların risk antipatiyasını aşağı salır və bu da kreditin maya dəyərinə azaldıcı təsir göstərir.

Ölkə banklarının depozit bazasından asılılığı yüksək səviyyədədir. Bu asılılığın azaldılması və şaxələndirmə kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi zəruridir. Bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşüb. Halbuki 2016-cı ildə bu göstərici hər 100 manat üçün 57 manat civarında olub. Göründüyü kimi, son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artıb. Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik 25 milyard manatlıq cəmi depozitlərin 55 faizi tələb olunanadəkdir. Hansı ki, bankların manatla verdiyi kreditlərin 83 faizi, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Qısa pul cəlb edib, uzun pulları satanda müddət uyğunsuzluğu yaranır. İqtisadi artım tempi yüksəldikcə və bankalara inam artdıqca müddətli depozitlərin xüsusi çəkisi də çoxalacaq ki, bu da depozit və kredit müddətləri arasındakı fərqi azaldacaq. Buna görə də bankların alternativ mənbələrdən – o cümlədən, xarici bazarlardan və Mərkəzi Bankın yenidənmaliyyələşmə resurslarından istifadəsinin genişlənməsi arzuolunandır. Müqayisə üçün deyək ki, Mərkəzi Bankın uçot dərəcəsi 7,25 faiz olduğu halda, bankların əhalidən cəlb etdiyi əmanətlərin orta faiz dərəcəsi 9,3 faiz olub. Hazırda Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarının ölkə üzrə kredit portfelində xüsusi çəkisi 5 faizdən azdır. Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarına daha çox likvidlik çətinliyi yaşayan bankların ehtiyacı var. Likvidlik çatışmazlığı yaşayan banklarımızın xarici bazarlardan müəyyən zəmanət müqabilində aşağı faizlə (LİBOR 1,8 faiz, TİBOR 0,1 faiz, Euribor -0,4 faiz və sair nəzərə alınmaqla) vəsait cəlb etməsi də mümkündür.

Kreditin maya dəyərinə düşən digər maddə - əməliyyat xərcləridir. Əməliyyat xərcləri dedikdə isə, işçilərin və filialların saxlanılması xərcləri, kredit qərarının verilməsi ilə bağlı xərclər (yaşayış, iş yerinə baxışın keçirilməsi, sənədləşmələr) və sair nəzərdə tutulur. Banklarda maliyyə texnologiyaları və institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla bilər. Digər tərəfdən ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla, beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə də nəzərdən keçirilə bilər.

Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi də olsa, qeyri-bərabər paylanıb və bahalıdır. Bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini və beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir.

Bir məsələni də qeyd etmək lazımdır ki, əgər kommersiya bankları Mərkəzi Bankın resurslarına 6 faizlə yatırım edirlərsə, deməli biznesə də indikindən daha ucuz kredit verə bilərlər. Bunun üçün real sektorun da daha inandırıcı və əsaslandırılmış biznes-planları banklara təqdim etməsi vacibdir.

- Maliyyə-bank sektorunda tənzimləyici çərçivənin inkişaf etdirilməsi istiqamətində hansı uğurlar qazanılıb və beynəlxalq təcrübəyə əsasən yeni addımlar nədən ibarət olmalıdır?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə bank tənzimlənməsi sahəsində xeyli işlər görülüb: valyuta əməliyyatlarının aparılması, elektron ipoteka və kredit zəmanəti, körpü bankı, bank rezolyusiyası, aktivlərin təsnifləşdirilməsi, banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi, kredit risklərinin tənzimlənməsi və sair “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə banklarda sağlam risk idarəetməsinin qurulması və bankların korporativ idarəetmə potensialının gücləndirilməsinin zəruriliyi qeyd olunub. Müvafiq olaraq, 2019-cu il iyunun 4-də və 27-də qəbul edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Qərar”ın və “Banklarda korporativ idarəetmə Standartları”nın bank sektorunda gələcək risklərin qarşısının alınması və sektor üzrə korporativləşmə səviyyəsinin artırılmasına dəstək olacaq. Banklar strateji planlaşdırma, təşkilati struktur, idarəetmə, nəzarət orqanları və daxili komitələrlə bağlı prosedur və proseslər üzrə təkmilləşmələri davam etdirməlidirlər. Bankların məlumatları vaxtında, keyfiyyətli və sistemli formada ictimaiyyətə açıqlaması xarici investorların, biznes çevrələrinin və ictimaiyyətin banklara olan etimadının daha da artmasına gətirib çıxara bilər.

Bu gün dünyada maliyyə bazarlarının və qlobal maliyyə texnologiyalarının, məhsul, xidmət və modellərinin sürətli dəyişməsi baş verən proseslərə çevik reaksiya tələb edir və Mərkəzi Bank genişləndirilmiş səlahiyyətləri çərçivəsində bu istiqamətdə fəaliyyətini qurur. Bank sektorunda riskəsaslı prudensial tənzimləmə metodlarından istifadə etməklə institutsional islahatlar davam etdiriləcək. Sistem xarakterli risklərin analizi, maliyyə sektorunun tsiklik vəziyyətinin analizi, yaxın, orta və uzunmüddətli risklər üzrə proqnozların qabaqcadan hazırlanması və baş verə biləcək risklərin, böhranların idarəedilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir ki, sürprizlərlə üzləşməyək. Maliyyə institutlarına konsolidasiya edilmiş nəzarətin tətbiqi genişləndirilməlidir.

Həmçinin ölkədə kapital tələbi ilə bağlı qanunvericilik bazasının gücləndirilməsi və ayrıca hüquqi sənədin hazırlanması zəruridir. Hansı ki, burada sistem əhəmiyyətli təşkilatlar və digər maliyyə institutları üçün kapital buferinin təyini (kontr-tsiklik bufer, sistem əhəmiyyətli risk buferi) və sair kimi məsələlər nəzərə alına bilər. Dünya bank sisteminin böhranlar dövründəki dayanıqsızlığını nəzərə alaraq, Bazel Komitəsi “Bazel 3” çərçivə sənədinə kontr-tsiklik kapital üzrə normativləri daxil edib.

Ölkədə borc intizamının gücləndirilməsi, qeyri-işlək kredit əmsalının nəzarətdə saxlanılması vasitələrindən biri kimi gecikmələr borclar üzrə yeganə indikator olmamalıdır. Əvəzində banklar müntəzəm olaraq borcalanların maliyyə vəziyyətini və kredit ödəmə qabiliyyətini yoxlamaqla onların şokları absorbsiya etmə qabiliyyətinə əmin olmalıdırlar. 2018-ci il mayın 7-dən etibarən Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən banklar borcalanın kredit ödəmə qabiliyyətini hərtərəfli və müfəssəl analiz etmək üzrə öhdəlik daşıyırlar, gəlirləri yoxlanılmayan borcalanlardan ibarət borc portfeli bankın tənzimləyici kapitalının 25 faizindən çox ola bilməz. Azərbaycanda xarici təcrübəyə əsasən istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə yüksək borca xidmət əmsalları - DSTİ və LTV və əlavə kapital tələblərinin müəyyən edilməsi nəzərdən keçirilə bilər. İsraildə ayrı-ayrı sektorlar üzrə borclanmanın miqdarı üzrə də limitlər mövcuddur. İsrail və Gürcüstanın bankçılıq sektorunda öhdəliklərin milli valyuta ilə olması halında likvidliklə bağlı tələblər xarici valyutalara nisbətdə yumşaqdır. Lüksemburqda isə xarici valyuta üzrə risklərin idarəedilməsi məqsədilə bir sıra sərt tələblər müəyyən edilib ki, bunlara da valyuta öhdəlikləri ilə aktivlərinin ödəmə müddəti və valyuta tipi arasındakı uyğunsuzluqlar, maliyyələşmə mənbələrinin konsentrasiyası və sair kimi məsələlərin müəyyən olunması, idarə edilməsi, nəzarəti və hesabatlılığı kimi məsələlər daxildir. Həmçinin sistem əhəmiyyətli banklara münasibətdə bir sıra ölkələrdə əlavə kapital tələbləri qoyulur. Belə ki, bu cür təcrübələr artıq İsrail, Lüksemburq, Gürcüstan və Niderlandda tətbiq olunub. Əlbəttə, biz beynəlxalq təcrübənin dərindən öyrənilməsi və Azərbaycan şəraitinə uyğun qərarların verilməsini təmin etməliyik. Azərbaycanın dayanıqlı maliyyə-bank sektoru sürətlə dəyişən çağırışlarla ayaqlaşır.

- Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı da biznesin maliyyələşdirilməsini gücləndirə bilər. Bu istiqamətdə hansı işlər görülməlidir?

- Keçən il Bakı Fond Birjasının illik ticarət dövriyyəsi üzrə ümumi əqdlərin dəyəri 14 milyard və ya ÜDM-in 17 faizi həcmində olub. Qiymətli kağızlar bazarının həcminin ÜDM-ə nisbətini bəzən məşhur milyarder Uorren Bafetin şərəfinə Bafet indikatoru da adlandırırlar. Azərbaycanda Bafet indikatorunun 50 faizdən az olması onu göstərir ki, bizim qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün geniş imkanlarımız var. Hərçənd ki, Azərbaycanda maliyyə bazarında ABŞ-dan fərqli olaraq Avropada olduğu kimi aparıcı institutlar banklardır. Hazırda bizim qiymətli kağızlar bazarının 80 faizdən çoxu dövlət qiymətli kağızlarıdır. Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla, dünyanın orta göstəricisini (25 faiz), habelə Avropa və Mərkəzi Asiya ölkələrini (24 faiz) və bütün postsovet dövlətlərini geridə qoyub. Yığımın qiymətli kağızlar bazarı üzərindən iqtisadiyyatın real sektoruna cəlb edilməsi imkanlarımız çox böyükdür. Bunun üçün Azərbaycanda investisiya şirkətləri, investisiya fondları, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları, dilerlər və beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlar bazarında aktivliyinin daha da artırılması zərurəti var. Qiymətli kağızlar bazarı təkcə milli səviyyədə yığımı real sektora yönəltməyəcək, həm də xarici bazarlardan da sərmayə cəlb edə bilər.

İnnovativ maliyyə mexanizmləri inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə əlverişli resurs axınını təmin edir, yeni maliyyə mənbələrini və ya yeni tərəfdaşları cəlb etməklə əlavə inkişaf fondları yaradır, ölkəyə səmərəli maliyyə axınlarını artırır, eyni zamanda, həmin maliyyə axınlarının subsidiyalar və ya güzəştlər formasında istifadəsi ilə nəticə əsaslı qiymətləndirmənin aparılmasını təmin edir. Davamlı İnkişaf Məqsədlərinə əsasən, ən çox investisiya tələb olunan enerji, iqlim dəyişkənliyi, nəqliyyat, ekosistemin biomüxtəlifliyi, təhsil, səhiyyə və bu kimi sahələrin maliyyələşdirilməsi istiqamətində innovativ maliyyə mexanizmləri böyük töhfə verir. İnnovativ maliyyələşdirmə özündə bir çox mexanizmləri əks etdirir. Buraya maliyyə məhsulları, riskin azaldılması mexanizmləri, nəticə əsaslı maliyyləşdirmə və texnoloji həllər daxildir. Maliyyə məhsulları isə, öz növbəsində, istiqrazlar və bank notları, kreditlər, mikromaliyyələşdirmə, KOB-ların maliyyələşdirilməsi, vençur kapitalı və özəl kapital fondları kimi alətlərdən ibarət olmaqla kapital bazarında vəsaitin cəlb edilməsini və ya artırılmasını təmin edir. Riskin azaldılmasını təmin edən mexanizmlərə isə subsidiyalar, zəmanətlər, sığorta və opsionlar daxildir. Nəticə əsaslı qiymətləndirilən ödənişlərə iqtisadi-sosial təsir imkanları olan istiqrazlar aid edilir. Son olaraq texnoloji yeniliklərə dayanan maliyyə mexanizmləri blokçeyn, rəqəmsal texnologiya və kroudfanding alətlərini özündə birləşdirir.

- Azərbaycanda aktivə əsaslanan maliyyə sisteminin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Aktivə əsaslanan maliyyə faiz əsaslı ənənəvi maliyyə sistemindən fərqli olaraq yalnız aktivlərə əsaslanır, yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulasiya əməliyyatlarının aparılmasını isə qadağan edir. Aktivə əsaslanan maliyyə alətlərinin xüsusiyyətləri məhz maliyyə təşkilatlarının öhdəlik strukturunda təzyiqin azalmasına, eyni zamanda, kapitallaşma səviyyəsinin artırılmasına xidmət edir. Azərbaycan Türkiyə təcrübəsindən istifadə edərək aktivə əsaslanan maliyyə sisteminin inkişafını nəzərdən keçirə bilər. Aktivə əsaslanan maliyyə alətlərinin müvəffəqiyyətli tətbiqi həm real sektorda, həm də maliyyə-bank sektorunda şəffaflıq və hesabatlılıq prinsiplərini təşviq edə bilər. Ümumiyyətlə, aktivə əsaslanan maliyyə institutları, real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur və bununla da iqtisadi inkişafa dəstək olur. Nəticədə bir sıra müsəlman ölkələrində aktivə əsaslanan bankçılıq aktivlərinin ənənəvi bank aktivlərindən daha sürətli inkişafı nümayiş olunub. Bununla yanaşı, müsəlman olmayan ölkələr aktivə əsaslanan maliyyəyə maraq göstərib və hazırda Böyük Britaniya, Lüksemburq və Honqkonq kimi ölkələrdə aktivə əsaslanan maliyyə alətlərinin geniş tətbiqi müşahidə olunur.

Bundan əlavə, Azərbaycanda aktivə əsaslanan maliyyənin inkişafı xarici investisiyaların (xüsusən də Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Bunun üçün Azərbaycanda effektiv və uyğun tənzimləyici çərçivənin mövcud olması lazımdır.

Hazırda dünyada aktivə əsaslanan maliyyə bazarının illik dövriyyəsi 1,67 trilyon ABŞ dollarını keçib və illik artım dinamikası 15-18 faiz təşkil edir. ABŞ və Avropa ölkələri uzun müddətdir ki, bu sistemin geniş tətbiqini həyata keçirirlər. Belə ki, ABŞ-da 9, Böyük Britaniyada 22, Avstraliyada 4, Almaniya, Lüksemburq və Rusiyada bir bank aktivə əsaslanan maliyyə qanunlarına əsasən fəaliyyət göstərir. Həmçinin dünyanın nəhəng bankları hesab edilən “HSBC”, “Citi Bank”, “Lloyds TSD” (U.K.), “Deutsche Bank”, “UBS”, “Royal Bank of Scotland” banklarında aktivə əsaslanan pəncərə (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılıb. Qonşu ölkələrdə də aktivə əsaslanan maliyyə prinsiplərinin tətbiqinə başlanılıb. Belə ki, Dubayda təsis edilmiş xüsusi zonaya uyğun olaraq Qazaxıstanın paytaxtında “Astana Beynəlxalq Maliyyə Mərkəzi” yaradılıb və bu xüsusi zona daxilində aktivə əsaslanan maliyyənin inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Rusiya hökuməti Tatarıstan Respublikası ilə birlikdə Kazan şəhərində bu növ xüsusi zonanın yaradılması istiqamətində işləri davam etdirir.

Son 30 il ərzində aktivə əsaslanan maliyyə alətlərinin çeşidliliyi əhəmiyyətli dərəcədə artıb və hazırda aktivə əsaslanan maliyyə sistemi təkmil investisiya bankçılığı, qiymətli kağızlar bazarı, sığorta və qeyri-bank maliyyə təşkilatlarından ibarətdir. Bu artım aktivə əsaslanan maliyyənin ümumi eko-sisteminin inkişafı və lazımi tənzimləyici və nəzarət çərçivəsinin yaradılması ilə müşayiət olunub. Belə ki, aktivə əsaslanan Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (IMQMAT) və aktivə əsaslanan Maliyyə Xidmətləri İdarəsi (IMXI) mühasibat uçotu, tənzimləmə və nəzarət standartlarının müəyyənləşdirilməsi və davamlı inkişaf etdirilməsi ilə vəzifələndirilib. Bundan əlavə, beynəlxalq aktivə əsaslanan Reytinq Agentliyi (BIRA) və Likvidliyi İdarəedən Mərkəz fəaliyyət göstərir ki, aktivə əsaslanan maliyyənin hərtərəfli inkişafı təmin edilsin.

Aktivə əsaslanan maliyyəni dəstəkləyən tənzimləyici hüquqi çərçivənin qurulması Azərbaycanın iqtisadiyyatı üçün Körfəz və Asiya ölkələrinin coğrafi şaxələndirməyə nail olmaq istəyən investorlarının cəlb edilməsində yeni imkanlar yarada bilər.

- Prezident İlham Əliyev həm də kiçik və orta biznesin (KOB) maliyyələşməsinin əhəmiyyətini vurğulayıb. Bununla bağlı fikirləriniz nələrdir?

- Hazırda dünyada biznesin 90 faizini və iş yerlərinin 50 faizini KOB-lar təmin edir. İnkişaf edən ölkələrin iqtisadiyyatının isə 40 faizi KOB-lara aiddir. Dünyada 2030-cu ilədək yaranacaq 600 milyon iş yeri ehtiyacının əsasən KOB-lar tərəfindən ödəniləcəyi gözlənilir. Dövlətimizin başçısı dünyadakı bu trendə uyğun olaraq Azərbaycanda KOB-ların inkişafını prioritet kimi elan edib. Dünya Bankının hesablamalarına görə, bütün dünyada KOB-ların əsas çətinliyi maliyyəyə çıxışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də dəstək verdiyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı “Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” tədqiqatını 2018-ci ildə Parisdə, OECD-nin baş qərargahında müzakirə etdik. Bu tədqiqatda Azərbaycanda KOB-un maliyyələşdirilməsi sahəsində maraqlı nəticələr və tövsiyələr əldə olunub. Xarici maliyyələşdirmə KOB-lar üçün, onların əməliyyatlarını genişləndirməyə, avadanlıqlarını modernləşdirməyə və yeni bazarlara çıxmalarına imkan verən vacib resursdur. Lakin yüksək riskli profillər və məhdud kredit tarixçələrinin olması səbəbindən, KOB-lar tez-tez ciddi girov tələbləri və yüksək faiz dərəcələri ilə üzləşirlər ki, bu da onlar üzərində kredit məhdudiyyətinin qoyulmasına səbəb olur. Müraciət prosedurları mürəkkəbdir və bir çox KOB-un maliyyə hesabatlarını hazırlaya bilməməsi vəziyyəti çətinləşdirir. Xarici maliyyə vəsaitinə çıxış imkanlarının məhdud olması Azərbaycanda KOB-un artımına mane olur. OECD-nin Azərbaycandakı müəssisə sorğusunun nəticələrinə əsasən, KOB-ların 58 faizi artıma maneə kimi maliyyə imkanlarının məhdud olmasını hesab edir.

Bank kreditləri KOB-lar üçün ən geniş yayılmış xarici maliyyələşmə üsulu olsa da, bir sıra alternativ maliyyələşdirmə alətləri də mövcuddur. Aktivlərə əsaslanan maliyyələşdirmə (məsələn, lizinq, faktoring), səhmdar kapitalının maliyyələşdirilməsi (məsələn, crowdfunding, venture capital) və alternativ borc alətləri (məsələn, korporativ istiqrazlar, zəmanətli borc). Məhdud borc maliyyələşdirmə kontekstində, xüsusilə lizinqə aktiv əsaslı maliyyə alətləri, bankların girov və ya kredit tarixçəsi tələblərinə cavab vermək üçün KOB-lara alternativ maliyyələşdirmə alternativ maliyyə mənbələri ola bilər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni yaranmasına baxmayaraq, KOB-un inkişafı istiqamətində uğurlara imza atır. Azərbaycanda kiçik və orta biznesin inkişafı fondlarının (KOB İnkişaf Fondları) məqsədi KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsidir. Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İnnovasiyalar Agentliyi və “EnterpriseAzerbaijan.com” KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək verirlər. Prezidentin tapşırığına uyğun olaraq KOB-ların daha geniş miqyasda maliyyələşdirilməsi məsələləri öz həllini tapacaq.

- Azərbaycan Prezidentinin maliyyə-bank sektoru qarşısında qoyduğu əsas vəzifələri necə ümumiləşdirmək olar?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş inkişaf potensiallı maliyyə sistemi formalaşdırılır. İndiki halda Prezident maliyyə sektorunun qarşısında həm də ölkənin davamlı iqtisadi inkişafını təmin etmək üçün səfərbər olunmağı vəzifə kimi müəyyənləşdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO