REGİONLAR


Vüsal Qənbərov: Hazırda Ağdam şəhərində 35 kV-luq iki yarımstansiya quraşdırılır

Vüsal Qənbərov: Hazırda Ağdam şəhərində 35 kV-luq iki yarımstansiya quraşdırılır

Ağdam, 16 fevral, T.Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunan Ağdam şəhərinin ərazisində 35 kV-luq 4x2500 kVA gücündə 2 transformator yarımstansiyasının tikintisi aparılır. Bu yarımstansiyalar ilkin mərhələdə yenidən qurulacaq şəhər ərazisinə düşür. Habelə əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilməsi də həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Ağdamda keçirilən iclasında “Azərişıq” ASC-nin rəsmisi Vüsal Qənbərov bildirib.

“Əlaqələndirici xətlərin çəkilməsi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Yarımstansiya binasında tikinti işləri yekunlaşmaq üzrədir. Avadanlıqlar və kabel sifariş olunub hazırdır”, - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.