CƏMİYYƏT


Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir VİDEO

Ankara, 28 yanvar, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi də vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev QHT sahəsində Türkiyə ilə əməkdaşlıq imkanlarını və onun əhəmiyyətini şərh edərkən ifadə edib.

Səfər çərçivəsində Türkiyə QHT-lərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını diqqətə çatdıran Vüsal Quliyev deyib ki, Azərbaycanın da bu sahədə zəngin təcrübəsi var. Bu, Türkiyə üçün də maraqlıdır. Biz qarşılıqlı əməkdaşlıq çərçivəsində fəal təcrübə mübadiləsi aparmalıyıq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.