MƏDƏNİYYƏT
“Vüsal körpüsü” adlı tədbir Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunub
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılıb, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb.
Bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]