İQTİSADİYYAT


Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir

Bakı, 25 iyun, AZƏRTAC

Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artımı çox yaxşı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin iyunun 24-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

V.Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayıb və bildirib ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirib və bu göstəricinin 18 faiz artdığını qeyd edib.

O bildirib ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.