MƏDƏNİYYƏT


Vyana operası iyunun sonlarınadək tamaşaları ləğv edib

Bakı, 8 aprel, AZƏRTAC

Vyana Dövlət Operası koronavirus pandemiyası səbəbindən iyunun 30-na qədər bütün tədbirləri və tamaşaları ləğv edib. Tədbirlər əvvəlcə aprelədək ləğv olunmuşdu.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu addım Avstriya Federal Hökumətinin əhalinin sağlamlığını qorumaq barədə qərarı ilə bağlı atılıb.

Vyana operasının saytında yerləşdirilən məlumata əsasən 2020/2021 mövsümü üzərində işlər dayandırılmayıb. Yeni proqramın təqdimatı online rejimdə baş tutacaq.

Qeyd edək ki, əsası 1869-cu ildə qoyulan Vyana Dövlət Operası Avstriyanın ən böyük opera teatrı, dünyanın isə ən mühüm opera mərkəzlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.