DÜNYA


Vyana şəhərinin mərkəzində noyabr terrorunun qurbanlarının xatirəsi əbədiləşdirilib

Vyana, 24 fevral, AZƏRTAC

Vyana şəhərinin mərkəzində ötən il noyabrın 2-də törədilmiş terror aktının qurbanlarının xatirəsi əbədiləşdirilib.

AZƏRTAC xəbər verir ki, hadisənin törədildiyi meydanların birində xatirə lövhəsi olan qranit abidənin açılışı keçirilib. Mərasimdə Vyana şəhərinin meri Mixael Ludviq dörd nəfərin ölümü və 20-dən artıq şəxsin yaralandığı terror aktını pisləyib, bu abidənin timsalında Vyana sakinlərinin dünyada günahsız ölən bütün insanların xatirəsini andıqlarını və terror aktlarına qarşı çıxdıqlarını bildirib.

Qeyd edək ki, sonradan İŞİD-ə rəğbət göstərdiyi məlum olan terrorçu şəhərin mərkəzi meydanlarında cinayət hadisəsini törətdiyi vaxt polislər tərəfindən zərərsizləşdirilib. O, polislərlə atışdığı zaman iki türk və bir ərəb gənc həyatlarını təhlükəyə ataraq yaralı polisə və mülki şəxslərə yardım göstərib, onu atışma ərazisindən çıxararaq təcili yardım maşınına çatdırıblar. Gənclər müsəlmanların hər zaman terror aktlarına qarşı çıxdıqlarını öz əməlləri ilə bariz şəkildə nümayiş etdirib və buna görə ölkə mətbuatında əsl qəhrəmanlar kimi təqdim olunublar.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.