DÜNYA


Vyana yenidən dünyanın ən yaşamalı şəhərləri siyahısına başçılıq edir

Vyana, 23 iyun, AZƏRTAC

Koronavirus pandemiyası ilə bağlı tədbirlərin yumşaldılmasından sonra Vyana şəhərində yenidən yüksələn həyat keyfiyyəti bu şəhərin dünyanın ən yaşamalı şəhərləri siyahısında birinciliyi qazandırıb.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “The Economist”in təqdim etdiyi renkinqdə ötən il 12-ci yerə düşən Vyana bu il yenidən birinci pilləyə yüksəlib. Sonrakı yerləri Kopenhaqen, Sürix, Kalqari, Vankuver və Cenevrə şəhərləri tutublar. İlk onluğu Frankfurt, Toronto, Amsterdam və Osaka şəhərləri tamamlayırlar.

Qeyd edilib ki, ötən il Avropa şəhərləri renkinqdə aşağı göstəricilərlə diqqəti çəkiblər, bu da pandemiya ilə əlaqədar məhdudiyyətlərin həyat keyfiyyətinə sirayət etməsi ilə əlaqədar olub. Bu səbəbdən də 2021-ci ildə siyahıya Yeni Zelandiyanın Oklend şəhəri liderlik edib. Məhdudiyyətlərin aradan qaldırılması ilə Yeni Zelandiya, Avstraliya və Çin meqapolisləri siyahıda liderliyi əldən veriblər.

Vyana Avstraliyanın Melburn şəhərini qabaqlayaraq, dünyanın 140 meqapolisi arasında növbəti dəfə birinci yerə çıxıb.

Böyük Britaniyanın tanınmış həftəlik iqtisadiyyat qəzetinin hazırladığı renkinqdə dünyanın 140 şəhəri üzrə dəyərləndirmə aparılır. Renkinqdə səhiyyə sistemi, təhsil, mədəniyyət və infrastruktur kateqoriyaları üzrə şəhərlər müqayisə edilir, eləcə sosial təminat, siyasi sabitlik və ya ictimai asayişin səviyyəsi nəzərə alınır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.