İDMAN


Vyanada Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir

Bakı, 18 may, AZƏRTAC

Avstriyanın Vyana şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) növbəti seminarı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un marketinq direktoru Mehman Kərimov təmsil edirlər.

Seminar çərçivəsində “İdmanın Avropa modeli”, “Olimpiya idman tədbirləri”, “Avropada idmanın təbliğində qadının rolu”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar”, “İdmanın kommersiyalaşdırılması”, “İdman və urbanizasiya” mövzularında sessiyalar keçirilir.

Tədbir çərçivəsində “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalı, “Minsk-2019” Avropa Oyunları, “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarına dair hesabat və fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunub. Əlavə olaraq, Ümumdünya Antidopinq Agentliyinin məruzəsi və Kiçik Avropa Ölkələrinin Oyunları gündəlikdə olan məsələlər sırasındadır.

Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək. Sonda 2020-ci ildə AOK-un 41-ci seminarının keçiriləcəyi ölkənin adı açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.