Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatlarına etiraz aksiyası keçirilib VİDEO

Vyana, 17 oktyabr, AZƏRTAC

Avstriyadakı Azərbaycan icmasının nümayəndələri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatları, mülki əhaliyə qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq oktyabrın 17-də Vyana şəhərində hökumət qurumları və ATƏT-in yerləşdiyi Heldenplatz meydanında mitinq keçiriblər.

AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) rəsmi qurumlara müraciəti əsasında keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, burada təhsil alan tələbələr, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər. Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi və Avstriya Azərbaycanlıları İcmasının üzvləri və tələbələr, xüsusilə də mitinqin hazırlanmasını həyata keçirən işçi qrupun fəalları tədbirin yüksək səviyyədə baş tutmasını və yüzlərlə insanın aksiyaya qoşulmasını təmin ediblər. Koordinasiya Şurasının (rəhbəri Hüseynağa Əliyev) səyləri nəticəsində aksiyada Avstriyanın Zaltsburq, Qrats, Lints və digər şəhərlərində yaşayan soydaşlarımız da aksiyada iştirak ediblər.

Aksiya Azərbaycanın və Avstriyanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin son dövrlərdə törətdiyi təxribat zamanı şəhid olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Etiraz mitinqində Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş, Avstriya SÖZ (Gələcəyin Sosial-Ekoloji Avstriyası) Partiyasının təmsilçisi Şuayip Akpınar, diaspora fəalı Arzu Məmmədova, Avstriya Azərbaycan İcmasının rəhbəri Rüfət Həsənov, icmanın fəalları Leyla Osmanlı və Can Danyıldız çıxış ediblər. Çıxışlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi ən son təxribat və müharibə cinayətlərindən söz açılıb, xüsusilə də Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olması pislənilib. Natiqlər dünya ictimaiyyətini, Avstriya hökumətini, Vyanada fəaliyyət göstərən ATƏT və digər beynəlxalq təşkilatları bu münaqişə ilə bağlı ədalətli mövqe tutmağa, erməni terroruna göz yummamağa çağırıblar.

Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib və həmin qətnamələrdə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmaq tələb olunur. Bu tələb, eyni zamanda, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapır. Təəssüf ki, Ermənistan bu günə kimi bu beynəlxalq təşkilatların tələblərini ciddiyə almayıb və bundan əlavə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanla aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutub.

Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı heç bir təzyiqlər göstərməməsi və bu təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq edilməməsi də onunla nəticələnib ki, Ermənistan öz təcavüzkar siyasətini davam etdirə və Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində tez-tez təxribatlar törədə bilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri iriçaplı silahlar və artilleriyadan istifadə etməklə Azərbaycan Ordusunun mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutub və bu zaman çox sayda insan həyatını itirmişdir. Həmin vaxtdan etibarən erməni qoşunları Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Tərtər və s. daxil olmaqla Azərbaycanın bir sıra böyük şəhərlərini davamlı olaraq artilleriya atəşinə tutur və yaşayış məntəqələrinə ballistik raketlər atır.

Xüsusilə qeyd edilib ki, oktyabrın 17-nə keçən gecə növbəti dəfə ballistik raket atəşinə tutulan Gəncə şəhərində 13 mülki şəxs ölüb və 50-dən artıq şəxs isə yaralanıb. Bununla da son həftələrdə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın dinc əhalisi arasında 60 ölüm halı qeydə alınıb, 270 nəfər yaralanıb.

Çıxışlarda, həmçinin diqqətə çatdırılıb ki, özünümüdafiə hüququndan istifadə edən Azərbaycan Silahlı Qüvvələri erməni qoşunlarının hücumlarını dəf etmək və hər şeydən öncə isə mülki əhalini qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başlayıb və bu əməliyyatlar nəticəsində əzəli Azərbaycan torpaqlarını düşmən tapdağından azad edir.

Tədbir iştirakçıları Avstriyanın federal hökumətini, ATƏT və Vyanadakı bütün beynəlxalq təşkilatları Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarması və qaçqınların öz evlərinə qayıtmasını təmin etmək məqsədilə Ermənistana təzyiq göstərməyə və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bildirilib ki, yalnız bu şərtlər təmin olunduqdan sonra Azərbaycan və erməni icmalarının Dağlıq Qarabağda yenidən birgə dinc yaşaması mümkün ola bilər.

Aksiya iştirakçıları “Ermənistanın işğalına son qoyulsun!“, “Ermənistan BMT qətnamələrini icra etməlidir!“, “Ermənistan, uşaqları öldürmə!“, “Ermənistan, Azərbaycan torpaqlarını tərk et!“, “Ermənistan, mülki əhalini bombalama!“, “ATƏT, məsuliyyətli hərəkət et!“, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. Son həftələrdə erməni terroru nəticəsində həyatını itirən mülki şəxslərin fotoları qarşısında şam və qərənfillər düzülüb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatlarına etiraz aksiyası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar