Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vyanada Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş konsert böyük maraqla qarşılanmışdır VİDEO

Vyana, 17 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə görkəmli şairənin yubileyi bütün dünyada geniş qeyd olunmaqdadır.

Məhsəti Gəncəvinin yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması proqramına daxil edilməsi də Azərbaycanın tanınmış şairəsinin həyat və ədəbi irsinə olan böyük marağın təcəssümüdür.

Şairənin 900 illik yubileyi Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində fərqli ədəbi-bədii proqramlar çərçivəsində geniş qeyd olunur və yubileyin qeyd edildiyi şəhərlərin sırasına Vyana da qoşulmuşdur.

Vyananın ən böyük və nüfuzlu mədəniyyət sarayı “Konzerthaus”da Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının iştirakı ilə Məhsəti Gəncəvinin yubileyinə həsr olunmuş “Ay parçasıdır gözəl bir qadın” adlı konsert keçirilmişdir.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Avstriya Parlamentinin üzvləri, dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, avstriyalı musiqisevərlər və soydaşlarımız iştirak etmişlər.

Avstriyanın Ö1 radio kanalında klassik və Şərq musiqisi verilişlərinin tanınmış aparıcısı, musiqişünas və rejissor Nadya Kayali konsertdən əvvəl Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, həmin dövrün ədəbi mühiti, Azərbaycan ədəbiyyatının intibah dövrü hesab edilən XII əsrdə poeziya ilə yanaşı, musiqi və digər incəsənət sahələrində gedən inkişafdan bəhs etmişdir.

Avstriyalı musiqisevərlərə ilk olaraq şairənin təxəllüsü barədə məlumat verən aparıcı bu təxəllüsün farsca “mah” (ay) və ərəbcə “sayyidati” (qadın) sözünün qısaltma forması “sati” kəlmələrinin birləşməsindən əmələ gəldiyini, Şərq ədəbiyyatında gözəl qadının üzünün həmişə ayla müqayisə edildiyini və bunun da Məhsətinin həm gözəl bir qadın olduğuna, həm də dövrünün ədəbiyyatına bir ay kimi doğmasına dəlalət etdiyini bildirmişdir.

Məhsətinin nəinki şairə, eyni zamanda, müğənnilik istedadına malik nadir bir şəxsiyyət olduğunu diqqətə çatdıran N.Kayali şairənin öz rübailərini çəng və bərbət kimi musiqi alətlərində ifa etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Məhsətinin musiqiyə meylli olması və müxtəlif musiqi alətlərində ifa etməsini, eləcə də rübailərlə həmahəng musiqi parçalarının bəzən ifaçılar tərəfindən bəstələndiyini nəzərə alaraq, onun Şərqin ilk qadın bəstəkarlarından biri olmasını iddia etmək mümkündür. Öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müasirlərini heyran edən Məhsətinin rübailərinin ədəbi-bədii keyfiyyətlərindən bəhs edən aparıcı ərəb və fars dillərini mükəmməl bilən Azərbaycan şairəsinin insan duyğuları, ani yaşantıları və təəssüratlarını böyük ustalıqla kiçik həcmli rübailərdə dolğunluqla əks etdirə bildiyini vurğulamışdır.

Məhsətinin yaşadığı dövrdə Azərbaycan ərazisində istifadə edilmiş musiqi alətlərindən söz açan N.Kayali əsrlər boyu unudulmuş həmin alətlərin görkəmli musiqişünas alim Məcnun Kərim tərəfindən bərpa edilərək yenidən musiqi ictimaiyyətinə təqdim olunduğunu, Qədim Musiqi Alətləri Ansamblının da onun təşəbbüsü əsasında yaradıldığını qeyd etmişdir. Bildirilmişdir ki, M.Kərimin tarixin qaranlığından xilas edərək bərpa etdiyi ondan çox qədim musiqi aləti bu gün ansambla daxil edilmişdir. Onlardan çəng, bərbət, rud, səntur, qanun, nüzhə, rübab və s. digər Şərq ölkələrində də rast gəlinsə də,

M.Kərim miniatürlər, müxtəlif şairlərin əsərlərindəki təsvirlər və eləcə də orta əsrlər alimlərinin əsərləri əsasında məhz Azərbaycan üçün spesifik olan alətləri bərpa edə bilmişdir. Həmin alətlər içərisində çəqanə musiqi alətinin digər Şərq ölkələrində ekvivalentinə rast gəlmək mümkün deyil. Şirvanşahlar dövründə hazırlanmış bu alət sırf Azərbaycan aləti hesab edilir və onun dünyada yeganə ifaçısı isə ansamblın bədii rəhbəri Munis Şərifovdur.

Tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının konserti olmuşdur. Konsertdə Abdülqadir Marağayi, Səfiəddin Urməvi kimi orta əsrlər bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları da ifa edilmişdir. Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanov muğam və xalq mahnılarını gözəl ifa edərək tamaşaçıların ürəyini riqqətə gətirmişlər. Əməkdar Artist Kəmalə Hüseynova Məhsəti yaradıcılığını ən gözəl nümunələri olan rübailəri səsləndirmiş, həmin rübailərin almanca tərcüməsi səhnədə qurulmuş geniş ekranda təqdim olunmuşdur.

Konsert zamanı ekranda orta əsrlərə aid Azərbaycan miniatürlərinin nümayiş etdirilməsi tədbirin ab-havasına xüsusi bir gözəllik qatmışdır. Dövlət Rəqs Ansamblının solistləri isə “Tərəkəmə”, “İnnabı”, “Uzundərə” və digər milli rəqslərimizi ifa etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən konsertlə əlaqədar hazırlanmış 32 səhifəlik proqram broşüründə konsertlə bərabər, Məhsətinin həyat və yaradıcılığı barəsində ətraflı məlumat verilmiş, eləcə də qədim Azərbaycan musiqi alətləri haqqında leksikon məlumatları dərc olunmuşdur.

Tamaşaçıların sürəkli alqışları ilə keçən konsert başa çatdıqdan sonra iştirakçıların təkidli xahişi əsasında ansambl proqramda nəzərdə tutulmamış əlavə musiqi parçaları da ifa etmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş konsert böyük maraqla qarşılanmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar