Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanada Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Vyana, 12 may, AZƏRTAC

Vyana şəhərinin mərkəzində yerləşən Aşağı Avstriya Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, qəbulda Vyanada akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, Avstriyanın dövlət və hökumət nümayəndələri, iqtisadi dairələrin, media və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Tədbir Azərbaycanın və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan Respublikasının 105-ci ildönümünün bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə eyni dövrdə qeyd olunduğu bildirib. Diqqətə çatdırıb ki, 105 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Ölkənin bütün vətəndaşlarına eyni hüquqlar verməklə irqi, etnik, dini və sosial bərabərsizlikləri aradan qaldıran Cümhuriyyətin siyasəti öz dövrünə görə inqilabi xarakter daşıyıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Cümhuriyyətin qanun və sərəncamlarında dövlət institutlarının qurulması, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, insan hüquq və əsas azadlıqlarının təmin edilməsi, məhkəmə-hüquq sisteminə əsaslanan demokratik dünyəvi dövlət yaradılması diqqət mərkəzində olub. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb və bolşeviklərin müdaxiləsi ilə 1920-ci ilin aprelində süqut edib. Bununla belə, onun idealları, dəyərləri və ənənələri azərbaycanlıların gələcək nəsillərinin qəlbində və şüurunda yaşamağa davam edib.

R.Sadıqbəyli bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Cümhuriyyətin siyasi-hüquqi varisi elan edib. Lakin müstəqilliyin ilk illəri sözün bütün mənalarında Azərbaycan üçün gərgin mübarizə ilə keçib. Belə ki, Azərbaycan ərazilərinin işğalı və silahlı münaqişə, tənəzzül edən iqtisadiyyat və respublikanı dağılmaq həddinə çatdıran daxili hakimiyyət mübarizəsinə məhz 1993-cü ildə son qoyulub. Həmin vaxt xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsinin və yeni epoxanın başlanğıc nöqtəsi olub. Müasir Azərbaycan tarixinin hər bir mərhələsi Ulu Öndər Heydər Əliyevin gələcək nəsillərin inkişafın təsir göstərən irsi ilə sıx bağlıdır. Heydər Əliyevin təbirincə desək, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının Dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək onun bütün ömrünün məqsədi olub.

Çıxışda, həmçinin diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasətinin əsas hədəfləri arasında həm də bu gün dünyanın ən güclü orduları sırasında yer alan, 2020-ci ildə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və birliyinin bərpasında həlledici rol oynayan Azərbaycan Ordusunun inkişafı və təkmilləşdirilməsi də yer alıb. Səfir Azərbaycanın ərazi bütövlüyünün qorunmasında canını fəda etmiş Vətən övladlarının xatirəsinin yaddaşlarda əbədi yaşayacağını və onların daim ehtiramla yad olunacağını bildirib.

Qeyd edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlara söykənən siyasət həyata keçirir. Müstəqilliyin Bərpası Günü və Heydər Əliyevin yubileyinin keçirildiyi bu günlərdə yeni postmünaqişə reallıqları yaranır, Azərbaycanın Qarabağ bölgəsində yenidən dinc inkişaf, yenidənqurma və dirçəliş işləri həyata keçirilir. Bu gün Azərbaycan canlı, çoxmillətli və çoxkonfessiyalı cəmiyyəti, çoxşaxəli iqtisadiyyatı və yetkin siyasi sistemi ilə tarixdə heç vaxt olmadığı qədər güclüdür. Azərbaycan regionun ən böyük iqtisadiyyatıdır və öz coğrafiyasında və beynəlxalq arenada mühüm rol oynayır.

Sonra Azərbaycan və Avstriya musiqiçiləri klassik musiqi proqramı ilə çıxış ediblər.

Rəsmi qəbulun keçirildiyi sarayda, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgi nümayiş olunub. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərliyi dövrdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, o cümlədən 2000-ci ildə Avstriyaya səfərini əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunub.

Qəbul ziyafətlə davam edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

«Баку. Любовь. Весна»: фестиваль фотографов в Русском доме

“Qarabağ atları”, Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar