Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vyanada alman aliminin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu“ kitabının təqdimatı keçirilib

Vyana, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Vyana Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu“ kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bu il Azərbaycanda “Şuşa İli”nin elan olunduğunu və ölkə hüdudlarından kənarda da bu il çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Məmnuniyyətlə qeyd edilib ki, “Şuşanın mirası“ kitabının almandilli məkanda və ümumiyyətlə Avropada ilk təqdimatı Vyana şəhərində baş tutur və bu təqdimat və eləcə də təqdimatdan sonrakı klassik musiqi proqramı “Şuşa İli“nə həsr olunur. L.Qasımova bu kimi sanballı elmi əsərlərin Azərbaycan həqiqətlərinin dünyada yayılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Şuşa şəhərinin Azərbaycan xalqının mədəni və milli-mənəvi kimliyinin formalaşmasında oynadığı roldan, bununla yanaşı daşıdığı siyasi, coğrafi və iqtisadi əhəmiyyətdən bəhs edib. Qeyd edilib ki, bu il həm “Şuşa İli“ çərçivəsində, həm də Zəfər Günü münasibətilə təşkil ediləcək tədbirlərdə Şuşa şəhərinin Azərbaycan və region üçün əhəmiyyəti diqqət mərkəzində olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev bildirib ki, “Azərbaycan mədəniyyəti və musiqisinin beşiyi“, “Qafqazın sənət məbədi“, “Şərqin konservatoriyası“, “Qarabağın baş tacı“ kimi epitetlər Şuşa şəhərinin tarixən oynadığı rola verilən qiymətdir. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Şuşa şəhərini işğaldan azad etməsi ilə müharibənin sona çatması gününün Zəfər Günü kimi qeyd edilməsi də böyük simvolik məna daşıyır.

Kitab barəsində məlumat verən R.Nəbiyev bildirib ki, əsərdə Şuşa şəhəri ilə birgə Qarabağ və Azərbaycanın son 270 ildəki ümumi və mədəni tarixinin mərhələləri təhlil edilir. Şuşa şəhərinin mədəni və ədəbi irsinin detallı analizi Azərbaycan xalqının bu sahələrdə əldə etdiyi nailiyyətlər elmi faktlar və mənbələr əsasında təqdim olunub. Fərqli dillərdə ümumilikdə 600-dən artıq mənbəyə müraciət olunan monoqrafiyada eyni zamanda erməni müəlliflərin əsərlərinə də diqqət ayrılıb, mühüm tarixi xəritə və fotolar kitaba daxil edilib. Bildirilib ki, Şuşa təkcə öz tarix, siyasət və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın tərkib hissəsi deyil, eyni zamanda özünün ədəbi, mədəni və etnoqrafik irsi ilə də Azərbaycan xalqına məxsusdur və Qarabağın siyasi idarəçiliyi də azərbaycanlı dövlət xadimləri tərəfindən həyata keçirilib. Monoqrafiyada isbat edilir ki, Şuşa və Qarabağ heç zaman hansısa erməni dövlətinin tərkibində olmayıb və bu ərazilərin ədəbi, mədəni və etnoqrafik irsindəki elementlər də bu faktı təsbit edir. 19-cu əsrin sonunda Şuşada 95 şair və yazıçı, 38 xanəndə, 22 musiqişünas, 11 xəttat və 16 nəqqaş, astronom, memar və müəllimlər yaşamışlar və onların demək olar ki, hamısı müsəlman azərbaycanlılar idilər. Kitabda Şuşanın Azərbaycan mədəniyyətində tutduğu mövqeni müəllif Almaniyada Vaymar şəhəri, Avstriyada isə Vyana şəhəri ilə müqayisə edir.

Müəllif Mixael Raynhard Hess çıxışında bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Qeyd edilib ki, işğal dövründə Şuşa şəhərində baş vermiş dağıntılar və törədilmiş vandalizm ilk növbədə burada Azərbaycan irsini silmək, onu inkar etmək, yadlaşdırmaq və burada ayrıca bir erməni mövcudluğunu uydurmağa xidmət edirdi. Şuşada dağıntılara baxmayaraq, bu şəhərin Azərbaycan xalqının qəlbindəki yerini, onun mənəvi dəyərini silmək mümkün olmadı, bu gün bütün Qarabağ regionu ilə yanaşı Şuşanın da dirçəldilməsi və inkişafı üçün ciddi quruculuq işləri aparılır.

M.R.Hess təqdimatında Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin inkişafındakı təkanverici roluna ayrıca diqqət ayırıb. Burada yaşayıb-yaratmış görkəmli şair, ədib və musiqiçilərin məhz bu şəhərdən ilham aldığını, Azərbaycan mədəniyyətində Şuşa məktəbinin özünəməxsus yer tutduğunu diqqətə çatdıran alim qeyd edib ki, dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun“ operasını qələmə almaq üçün ilk ideyalar hələ Şuşada olarkən formalaşmış, buradaki ədəbi-bədii mühit, musiqi və səhnə təqdimatları bəstəkarın yetişməsinə və Şərq aləmində ilk operanın yaranmasına təsir göstərmişdir. Bu isə bir daha göstərir ki, dahi şəxsiyyətlərin yetişdiyi Şuşa şəhərində kifayət qədər dərin və zəngin yaradıcılıq mühiti olmuşdur.

Təqdimatdan sonra Almaniyada yaşayan azərbaycanlı skripkaçı, dirijor və bəstəkar Anar İbrahimovun rəhbərliyi ilə klassik musiqi proqramı təqdim olunub. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” əsəri də ifa edilib. Gənc musiqiçi Orxan Cəlilovun ifasında səslənən mahnı tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb. A.İbrahimov bu əsərinin “Şuşa İli“ çərçivəsində Vyana şəhərində də təqdimatından məmnun olduğunu ifadə edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub

Ermənistan silahlı birləşmələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il ötür

Baş prokuror Kamran Əliyev Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib

ABŞ tədqiqatçıları: COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər

Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub

Qazaxıstan Türkmənistana ixracı 120 milyon dollar artırmağa hazırdır

Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib

Floridada “Milton” qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Trampla Harris arasında ikinci debatın olmayacağı dəqiqləşib

Ciorcia Meloni: İtaliya Ukraynanın gələcək bərpasında fəal iştirak edəcək

Qətər Qazaxıstana 20 milyard dollar sərmayə qoyur

Zelenski: Ukrayna Qərb ölkələrindən zəmanət almaq müqabilində atəşkəs barədə düşünmür

Ədəbiyyat üzrə Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Polşa Almaniyanın sərhəd nəzarəti tətbiq etməsi ilə razılaşmır

Millətlər Liqası: İngiltərə məğlub olub, İtaliya heç-heçə edib

Saatlıda yük və minik maşını toqquşub, xəsarət alanlar var

Pit Evans: Dünyada beynəlxalq humanitar hüququn tətbiqi və ona riayətlə bağlı çətinlikləri görürük

Çin ABŞ-ın 3 şirkətinə və 10 nəfərə sanksiya tətbiq edəcək

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Avroliqada İstanbul derbisini “Fənərbağça” qazanıb

Şövqi Hüseynov: “Killerdən teleqram” vasitəsilə cəmiyyətə sevginin dünyanı xilas edəcəyi mesajını ötürürük

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Türkiyə “Eurofighter Typhoon” hərbi təyyarələrinin alınması üçün Berlindən təsdiq gözləyir

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

Sumqayıtda polietilen istehsalı sexində yanğın olub VİDEO

Nazir müavini: Azərbaycanın 70-dən çox dövlət qurumu “Rəqəmsal körpü” sisteminə inteqrasiya olunub

XİN: COP29 çərçivəsində elan edilən “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatı tərəfindən dəstəklənib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb

Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub

İtaliyanın müdafiə naziri: Livanda BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

® “Trendyol” Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqləyib - SƏRƏNCAM

Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli STRATEGİYA

Peskov Rusiya ilə Gürcüstan arasında vizasız rejimin tətbiqini humanitar münasibətlərin qorunması ilə izah edib

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu “Tələbələrin şərəf qılıncı” ilə təltif olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakıda Pre-COP29 konfransı başlayıb YENİLƏNİB 2 VİDEO

UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan kitabın təqdimatı keçirilib

“Gəncə-Qənnadı”nın dövlətə məxsus 30 faizlik səhmləri özəlləşdirilib

Türkiyə mətbuatı: Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığa çağırıb

® “Nar” sərfəli smartfon modellərini təqdim edir

® ABB-dən yenilik: Süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

Azərbaycanla BƏƏ arasında birgə layihələr müzakirə olunub

Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri gücləndirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib

Azərbaycan millisinin futbolçusu: Estoniyadan Vətənə 3 xalla dönəcəyimizə inanıram

Mingəçevir şəhər 17 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub

Naxçıvan Dövlət Universitetində ixracyönlü sənayenin inkişaf yolları müzakirə olunub

Azərbaycanın minifutbol yığması dünya çempionatında 4-cü yeri tutub

Dünya bankı: Azərbaycanda ictimai binalarda enerji effektivliyinin təmin edilməsi xərclərə qənaət etməyə imkan verir

Bişkekdə Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başlayıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib

® “Kapital Bank”ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu keçirilib

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi ölkəmizə qayıdıb

Azərbaycanın Dünya Etnoidman Konfederasiyası ilə mövcud əlaqələri müzakirə edilib

Qazaxıstanlı alim: Bu il Xəzər dənizinin səviyyəsi 15 santimetr enə bilər

“Mütaliə edən gənclər daha perspektivli olur” - Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib

Bakıdan Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək

Naxçıvanda sərgi-satış yarmarkası keçirilir

Səməd Seyidov: Müharibəni udmuşuq, ancaq başa düşməliyik ki, bizə qarşı diplomatik müharibə elan olunub

“Canlı planet”: Vəhşi heyvanların sayının azalması “geri qayıtmama nöqtəsinə” yaxınlaşır

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Məsim Məmmədov: Laçının Bəylik kəndinə 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır

"Neftçi" Müşahidə Şurasının üzvü: Düzgün məşqçini seçmək üçün əlimizdən gələni edəcəyik

Gələn həftə NATO-nun “Steadfast Noon” nüvə təlimi başlayacaq

Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddəti artırılıb

Azərbaycan Basketbol Federasiyasının prezidenti: Bütün klubların sponsorları var

Alim Pərvinə İsmayılova milli genofondun qorunmasına dair təkliflər verir MÜSAHİBƏ

BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar

Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin nümayəndələri müzakirələr aparıblar

Tbilisinin mərkəzi küçə və prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib

Quduzluq xəstəliyi ilə mübarizə necə aparılmalıdır?

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

MDB Parlament Assambleyasının komissiya iclasları keçirilib

Macarıstan “Türk axını” ilə 5,7 milyard kubmetr qaz alıb

“Diplomatiya Könüllüləri” qrupuna qəbul olunmuş könüllülərlə ilkin tanışlıq görüşü olub

Tacikistan nümayəndə heyəti ilə hərbi təhsil sisteminin inkişafına dair fikir mübadiləsi aparılıb

Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş təlimin açılışı olub

Zelenski Britaniya, Fransa və İtaliya liderləri ilə görüşəcək

Françesko Korvaro: Ötən il iki mindən çox ekspert üçün təlimlər təşkil edilib

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Emin Əmrullayev: Azərbaycanda basketbolu daha da populyarlaşdırmaq istəyirik

Görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunan kitab sərgisi təqdim edilib

İrakli Nadareişvili: Türkiyə və Gürcüstan biznesin inkişafında yaxşı tərəfdaşlardır

“Kəpəz”in qapıçısı: “Qarabağ” güclüdür, amma futbol proqnozu sevmir

Bu ilin sonunadək Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar salınacaq

Şəffaflıq iqlim dəyişmələrinin yarada biləcəyi problemlərin dərk olunmasına kömək edir

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi: Sentyabr ayında 146 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Bolqarıstanda “Şuşa - Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

Laçının Qorçu kəndində 366 mindən çox ağac əkiləcək

“Milton” qasırğası 3 milyondan çox insanı işıqsız qoyub

Şuşa və Ağdərədə yerquruluşu üzrə çöl ölçmə işləri davam etdirilir

Azərbaycanda COP29-un keçirilməsinə beynəlxalq maraq ən yüksək səviyyədədir – RƏY