MƏDƏNİYYƏT


Vyanada bal mövsümü ləğv edilib

Vyana, 19 sentyabr, AZƏRTAC

COVID-19 pandemiyası ilə əlaqədar Vyana şəhərində təşkil olunan əsas ballar ləğv edilib. Bu barədə qərar Vyana Ənənəvi Ballar Komitəsinin xüsusi iclasında qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bal mövsümü Vyana şəhərində mühüm iqtisadi faktordur. Vyana İqtisadiyyat Palatasının məlumatına görə, hər il orta hesabla müxtəlif ballarda 520 min insan iştirak edir və 151 milyon avro həcmində ümumi dövriyyə meydana gəlir. Klassik musiqinin paytaxtı hesab edilən Vyanada ballar öz tarixi ənənələri ilə tanınırlar və qış mövsümünü ballar olmadan təsəvvür etmək mümkün deyil.

Komitə iclasda qapalı məkanlarda tətbiq olunan məhdudiyyətlərin balların ənənəvi formada təşkilini mümkünsüz edəcəyi qənaətinə gələrək, iştirakçı və təşkilatçıların sağlamlığı üçün belə bir qərar qəbul etdiyini bəyan edib. Vyana balları içərisində xüsusi çəkisi olan Vyana Opera Balının baş tutub-tutmayacağı barədə suala isə aydınlıq gətirilməyib, Vyana Dövlət Operası da bu mövzuda açıqlama verməyib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.