Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Vyanada fotojurnalist Reza Deqatinin 20 Yanvar faciəsi ilə bağlı fotolarından ibarət sərgi keçirilib VİDEO

Vyana, 19 yanvar, AZƏRTAC

20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Vyanada məşhur fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgi və təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Avstriya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Qanlı Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan yolda mühüm əhəmiyyət daşıdığını bildirib. Son onilliklərdə Azərbaycan tarixində baş vermiş önəmli hadisələrin canlı şahidi, onları öz obyektivinin gözü ilə tarixə köçürən və Azərbaycan haqqında həqiqətləri dünyaya çatdıran fotojurnalist Reza Deqatinin yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli müasir Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti barədə danışıb. O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda Azərbaycanı müstəqilliyə aparan yolda şanlı və şərəfli səhifələrdən biridir.

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının müstəqillik uğrunda başladığı mübarizə, Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddiaları, soydaşlarımızın Ermənistandan qovulması və sovet hökumətinin biganə və ədalətsiz münasibəti azadlıq ideyalarını daha da gücləndirir və əhalinin küçə və meydanlarda etiraz nümayişlərinə sövq edirdi. Sovet hökuməti Azərbaycan xalqının iradəsini qırmağa çalışsa da, 20 Yanvar hadisələri bir tərəfdən Sovet İttifaqının çöküşünü sürətləndirdi, digər tərəfdən isə Azərbaycan və digər müttəfiq respublikaları müstəqilliyə aparan prosesə təkan verdi. Həmin hadisələrdə rəsmi olaraq 150 nəfər şəhid verən və informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəsna rol oynayıb. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev öz xalqı ilə həmrəy olduğunu ifadə etdi və Azərbaycan xalqına qarşı törətdiyi bu cinayətə görə sovet rəhbərliyini qətiyyətlə pislədi.

Səfir qeyd edib ki, fotojurnalist Reza Deqatinin həmin dövrdə çəkdiyi fotolar, beynəlxalq mediada yayılan müsahibə və materialları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.

Sonra 20 Yanvar faciəsi haqqında sənədli film, Reza Deqatinin həmin hadisələr barədə “CNN” telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş olunub.

Tədbirdə çıxış edən fotojurnalist Reza Deqati 40 ildən artıq dövrü əhatə edən peşə fəaliyyəti və bu fəaliyyət zamanı onun üçün ən önəmli olan məqam və meyarlar barədə danışıb. Qeyd edilib ki, daim həqiqət və ədalət axtarışı ilə dünyanı gəzərkən insan taleləri və hadisələrin mahiyyəti, onların nəql etdiyi hekayətləri fotolarda əks etdirməyə çalışıb. 20 Yanvar faciəsi ilə bağlı ilk dəfə Parisdə UNESCO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovdan xəbər tutduğunu və baş vermiş hadisələr barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün dərhal Bakıya getməyə qərar verdiyini söyləyən R.Deqati Bakıya bir çox çətinlik və maneələri dəf edərək çatdığını qeyd edib.

Təqdimat zamanı Bakıda qaldığı üç gün ərzində çəkiliş prosesi və çəkdiyi fotoların hekayəsini danışan R.Deqati Azərbaycan xalqının hüzn və qəzəbinin həmin fotolarda əksini tapdığını bildirib. Fotoların böyük əksəriyyətini gizli çəkməyə məcbur olan, fotolentləri sovet ordusu və hökumət orqanlarından gizli şəkildə ölkədən çıxarmağa müvəffəq olan fotojurnalist Parisə döndükdən sonra Bakıda baş verən qanlı hadisələr barədə Avropada məlumatsızlıq olduğuna şahid olub. Ona görə də Bakıda çəkilmiş foto və videoları agentlik və telekanallara təqdim edən R.Deqati öz müşahidələri barədə də müsahibələr verib, 20 Yanvar hadisələri haqqında həqiqətlərin yayılmasına çalışıb. Beləliklə, Bakı küçə və meydanları, xəstəxanalar, Şəhidlər xiyabanı, matəm içində olan sadə insanların obrazlarını əks etdirən görüntülər həmin hadisələri tarixin yaddaşına köçürən və hər zaman ən yaddaqalan formada təsəvvürlərdə canlandıran fotosənədlərə çevrildilər.

Çıxışlar və təqdimatdan sonra Avstriyada yaşayan azərbaycanlı musiqiçilər Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Vyanada fotojurnalist Reza Deqatinin 20 Yanvar faciəsi ilə bağlı fotolarından ibarət sərgi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub